Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:04

Gey hüquqları fəalı döyülərək xəstəxanalıq edilib


Mirəziz Bazarov, 28 mart 2021
Mirəziz Bazarov, 28 mart 2021

Bazarov hakimiyyəti homoseksuallığı dekriminallaşdırmağa çağırır, Prezident Şavkat Mirziyoevin korrupsiya ilə yetərincə mübarizə aparmadığını deyir, koronavirus pandemiyası qadağalarını sorğulayırdı

Özbəkistanda LGBT hüquqları fəalı Mirəziz Bazarov naməlum şəxslərin hücumuna məruz qalıb, xəstəxanaya yerləşdirilib.

Hökumətin 29 yaşlı tənqidçisinin daxili orqanları və qıçlarına çoxsaylı xəsarətlər yetirilib, sol qıçında açıq çat yaranıb, kontuziya alıb. Bu haqda AzadlıqRadiosu-nun Özbəkistan xidmətinə martın 29-da Daşkənd Travmatologiya Xəstəxanasından məlumat verilib.

Həkimlər Bazarovun vəziyyətinin çox ciddi olduğunu deyirlər. O, mümkün beyin əməliyyatı üçün başqa xəstəxanaya köçürülə bilər.

Almaniyada 200 avro aylıq uşaqpulu, Azərbaycanda isə...
Gözlə

No media source currently available

0:00 0:05:47 0:00

3 dəqiqə çəkən hücum

Bazarovun qonşularından biri hücumun şahidi olduğunu deyir. O, radioya danışıb ki, bloqer 28 mart gecəsi yaşadığı binanın blokunda üç maskalının hücumuna məruz qalıb, onlardan birinin əlində beyzbol çubuğu olub.

Şahidin sözlərinə görə, hücum 3 dəqiqəyə yaxın çəkib, Bazarov bərk döyülüb.

Human Rights Watch (HRW) insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün direktoru Hyu Uilyamson hücumu “tamamilə dəhşətli” adlandırıb.

“Özbəkistan bu ay BMT-nin İnsan Haqları Şurasında, nəzər olaraq, beynəlxalq insan haqları öhdəliklərinə əməl etmək öhdəliyi götürüb. Bunu etməlidir! LGBT üzvlərinə hücumları dayandırın”, – Uilyamson martın 28-də tvitində yazıb.

HRW ötən həftə bəyanatında deyirdi ki, Özbəkistanda geylər qanunsuz saxlanmaya, təqibə, həbsə məruz qalırlar. Qurum Daşkəndi onların hüquqlarını təmin etməyə, eynicinsli hərəkətləri dekriminallaşdırmağa çağırırdı.

Öncəki hücumlar

Martın 28-də Bazarov jurnalistlərə deyib ki, Yaponiya animasiyası və Koreya pop-musiqisi pərəstişkarlarının hər bazar günü təşkil etdiyi tədbiri onlarla kişi tərəfindən pozulub, onlar “Allahu Əkbər!” qışqırıblar.

Bazarov Telegram kanalında Özbəkistan hökumətinitənqid edirdi.

O, hakimiyyəti homoseksuallığı dekriminallaşdırmağa çağırır, Prezident Şavkat Mirziyoevin korrupsiya ilə yetərincə mübarizə aparmadığını deyir, koronavirus pandemiyasına qarşı qadağaları sorğulayırdı.

O, AzadlıqRadiosu-na son həftələr onlayn təhdidlər aldığını, polisə məlumat versə də, hüquq-mühafizə əməkdaşlarının tədbir görmədiyini deyirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG