Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 14:13

‘Freedom House’ Ermənistanda cərimələrin artırılmasından narahatdır


Freedom House logo

"Freedom House" insan haqları təşkilatı, təhqir və böhtanla bağlı Ermənistanda cərimələrin atımından narahatdır.

Təşkilat Emənistan parlamentinin Mülki Məcəlləyə böhtan və təhqir cəzalarına əhəmiyyətli dərəcədə artım dəyişikliyinin qəbulu ilə bağlı açıqlama yayıb.

"Freedom House" Ermənistan hökumətinin söz azadlığını məhdudlaşdıra biləcək cərimələri dəstəklədiyindən təəssüfləndiyini bildirir.

“Biz Ermənistan hakimiyyət orqanlarını vətəndaş cəmiyyəti və medianın narahatlıqlarını nəzərə almağa və bu qanunu ləğv etməyə çağırırıq”, - deyə açıqlamada vurğulanır.

Ermənistan palamenti matın 24-də böhtan və təhqirə görə cərimələrin artırılmasını nəzərdə tutan Mülki Məcəlləyə dəyişikliklər haqqında qanun layihəsini qəbul edib.

Alen Simonyan, 17 yanvar 2020
Alen Simonyan, 17 yanvar 2020

Palamntdəki "Mənim addımım" hakim fraksiyasının deputatı, vitse-spiker Alen Simonyanın müəllifi olduğu layihə 76 lehinə, 40 əleyhinə olmaqla qəbul edilib.

Qanun qüvvəyə mindikdən sonra böhtana görə adamlar 6 milyon dram (12 min dollardan çox), təhqir görə 3 milyon dram cərimə ödəməli olacaqlar.

Əvvəllər böhtan və təhqirə görə cərimələr 1-2 milyon dram arası olub.

Ermənistan AŞPA-nın çağırışlarından sonra 2010-cu ildə böhtan və təhqir maddələrini cinayət məcəlləsindən çıxarıb.

XS
SM
MD
LG