Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 04:07

Belarusda 100-dən çox adam saxlanıb


Minsk, 27 mart 2021

Matın 27-i Belarusda 100-dən çox adam - "ictimai asayişi pozduğuna görə" saxlanılıb. Bu barədə mətbuata ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib. Saxlanılanlar arasında ən azı 5 jurnalistin olduğu bildirlir.

Məlumata görə, ölkə təhlükəsizlik qüvvələrinin əməkdaşları səhər saatlarından potensial iştirakçıları saxlamağa başlayıblar.

Paytaxt Minskə xüsusi texnika və polis gətirilib. Bundan başqa hüquq-mühafizə orqanları xəbərdalıq ediblər ki, hakimiyyət oqanlaı ilə razılaşdırılmamış mitinqlərdə tutulanların hamısı mühakimə olunacaq. Bu səbəbdən paytaxtın mərkəzində keçirilməsi planlaşdırılan etiraz aksiyası baş tutmayıb.

Xatırlatma

Belarusda aksiyalar 2020-ci il avqustun 9-da ölkədə keçirilən prezident seçkilərindən sonra başlayıb. Seçkilərdə iştirak edən namizədlər və səs verən vətəndaşlar səsvermənin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq küçələrə çıxıblar. Etirazçılar hesab edirlər ki, seçki indiki prezident Lukashenkanın xeyrinə saxtalaşdırııb. Aksiyaların ilk 3 günü etirazçılara qarşı OMON zorakı davranıb, minlərlə adam həbs olunub, işgəncələrə məruz qalıb. Toqquşmalarda ən azı 1 nəfərin öldüyü xəbər verilir. Lukashenkanın əsas rəqiblərindən biri təhlükəsizlik baxımdan ölkəni tərk edib.

Avropa İttifaqı ölkələrinin liderləri Belarusdakı prezident seçkisinin nəticələrini tanımadıqları ilə bağlı birgə bəyanatla çıxış ediblər. Bundan başqa Belarusa sanksiyalar tətbiq olunacağı açıqlanıb.

Şərhlər

XS
SM
MD
LG