Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Bayden Putini onlayn iqlim sammitinə dəvət edir


Bayden, 25, mart 2021
Bayden, 25, mart 2021

ABŞ prezidenti Co Bayden Çin və Rusiya liderlərini apreldə keçiriləcək iqlim dəyişikliyi sammitinə dəvət edib.

Reuters-in məlumatına görə, Bayden özü bu dəvəti təsdiqləyib, amma o, Çin və Rusiya prezidentləri ilə şəxsən danışmadığını, sadəcə "onlar ikisi də dəvət olunduqlarını bilirlər" deyə o vurğulayıb. 40 ölkə rəhbərinin qoşulacağı sammit koronavirus epidemiyası səbəbindən onlayn keçiriləcək.

İqlim dəyişikliyi ilə mübarizə Co Bayden administrasiyasının prioritetlərindən biridir.

Onun prezident kimi ilk qərarlarından biri, keçmiş prezident Trampın ölkəni çıxardığı Paris İqlim Sazişinə qayıtması olub.

Çin və Rusiya - dünya ölkələrinin böyük əksəriyyəti kimi - bu sazişin bir hissəsidir və karbon dioksid emissiyalarının azaldılması və digər iqlim məqsədlərinə çatmaq üçün mübarizə aparmaq qərarındadırlar.

Bayden dəfələrlə Çin və Rusiyanı kimi avtoritar rejimlərlə üzləşməyə və lazım olduqda onlarla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

Rusiya hakimiyyəti hələ ABŞ prezidentinin dəvətinə cavab verməyib.

Bu yaxınlarda ABC televiziyasına verdiyi müsahibədə Bayden bir jurnalistin Rusiya prezidentini "qatil" hesab edib-etməməsi ilə bağlı sualına müsbət cavab verib. Bu Rusiya liderinin və Kreml tərəfdarı olan siyasətçilərin sərt reaksiyalarına səbəb olub.

Rusiyanın ABŞ-dakı səfiri - bununla bağlı açıq şəkildə bildirilməsə də - məsləhətləşmələr üçün geri çağırılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG