Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Avinyan: ‘Əvvəlcə Azərbaycanla ikitərəfli münasibətlər qurulmalıdır’


Baş nazirin müavini Tiqran Avinyan
Baş nazirin müavini Tiqran Avinyan

Yerevan və Bakı sərhədlərin hüquqi dəqiqləşdirilməsini aparmırlar və Azərbaycanla sərhəddə sərhədçilər 1975-1976-cı illərin hərbi xəritələri əsasında müvəqqəti yerləşdirilib.

AzadlıqRadisounun Erməni xidməti – Azatutyun yazır ki, bu bəyanatı martın 26-da baş nazirin müavini Tiqran Avinyan verib.

“Səhv etmirəmsə, deyəsən imzalamayıb...”

Avinyan xüsusilə vurğulayıb ki, 9 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarından başqa Moskvada Ermənistan və Azərbaycan arasında heç bir sənəd imzalanmayıb:

“Yox. Ermənistan Azərbaycanla bu iki sənədi çıxmaq şərtilə, səhv eləmirəmsə, o cümlədən baş nazir müavinlərinin son danışıqlarında da heç bir sənəd, memorandum imzalamayıb. Deyəsən, imzalamayıb. Hansı ki, kommunikasiyalara aid ola bilərdi. Belə bir sənədin imzalanmasından hər halda mən xəbərsizəm. Gorus-David-Bek sahəsi üzrə razılaşmalar Rusiya tərəfi ilə imzalanıb və Rusiya sərhədçiləri orada bu razılaşmaların əsasında dislokasiya olunublar”.

30 minədək Qarabağ ermənisi müharibədən sonra geri dönməyib
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Azatutyunun “hazırda Ermənistan-Azərbaycan sərhədində sərhədlərin dəqiqləşdirilməsi üçün aparılan proses necə adlanır” sualına Avinyan belə cavab verib:

“Delimitasiya və demarkasiya hüquqi proseslərdir. Bizim Azərbaycanla sərhədin hüquqi dəqiqləşdirilməsinə aid razılaşmamız yoxdur. Belə bir proses üçün, birinci növbədə ikitərəfli münasibətlər lazımdır. Çünki hüquqi proseslər minimum ikitərəfli münasibətlərin qurulmasını tələb edir. Mən bunu sərhədçilərin müəyyən məntiqlə yerləşdirilməsi adlandırardım. 1975-1976-cı illərin xəritələri məntiqi ilə. Bu isə sərhədlərin yekun delimitasiyası və demarkasiyasınadək sərhədçilərin müvəqqəti yerləşdirilməsidir”.

Sərhədlər heç Gürcüstanla da müəyyən edilməyib

“Ermənistan və Azərbaycan ortaq dövlət sərhədini tanıdıqlarına dair hər hansı sənəd imzalamaq niyyətindədirlərmi” sualının cavabında Avinyan bunun hələ uzun proses olduğunu bildirib:

“Biz heç belə bir prosesi qonşu Gürcüstanla da başa çatdırmamışıq. Orda bu proses çoxdan gedir. Ümumən, biz belə bir prosesi gec ya tez bütün qonşularla aparmalıyıq”.

Azərbaycanda saxlanan erməni hərbçilərlə bağlı suala cavab verən Avinyan deyib ki, bu istiqamətdə də iş aparılır:

“Rusiya Federasiyası bu məsələdə bizim yanaşmamızı qəbul edir ki, bütün hərbi əsirlər və saxlanan şəxslər qaytarılmalıdır. Hərçənd Azərbaycan prezidenti dəfələrlə 9 noyabr bəyanatının mətninə zidd olan bəyanatlar verib. Bununla belə, mən hesab edirəm ki, bu istiqamətdə bizə çox həssas və sakit iş görmək lazımdır. Səbir lazımdlır. Mən birmənalı şəkildə əminəm ki, biz nəticə əldə edəcəyik. Onu da deyim ki, bu məsələdə Azərbaycanın üzərinə beynəlxalq təzyiq tədricən artır və artmaqda davam edəcək”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG