Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 15:02

Gündəlik yoluxma da artır, ölüm də


İllüstrativ foto

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1759 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 511 nəfər sağalıb.

Bu məlumatı martın 26-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 24 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 252 min 680 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 234 min 893 nəfər sağalıb, 3445 nəfər vəfat edib, aktiv xəstə sayı 14 min 342 nəfərdir.”

Qərargahdan verilən açıqlamaya görə, son bir sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8923, hazırkı dövrədək isə ümumilikdə 2 milyon 816 min 784 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə müalicə alan koronavirus xəstələri də var.

Son həftələr Azərbaycanda istər koronavirusa gündəlik rəsmi təsdiqlənən yoluxmada, istərsə də bu virusa yoluxanlar arasında ölüm hallarında artım müşahidə edilməkdədir.

Dünən, martın 24-də Azərbaycanda 1429 yeni yoluxma faktının qeydə alındığı və virusa yoluxanlardan 17-nin öldüyü açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Şərhlər

XS
SM
MD
LG