Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:25

Koronavirus xəbərləri: rekord ölüm və yoluxma


Kiyevdə biznesə dəstək tələbilə keçirilən etiraz aksiyası
Kiyevdə biznesə dəstək tələbilə keçirilən etiraz aksiyası

Britaniyada avqustdan uşaqlara peyvənd vurulmağa başlayacaq

Polşada da son 24 saat ərzində koronavirusa rekord yoluxma qeydə alınıb – 29 min 978 nəfər. Bundan öncəki rekord noyabrın 7-də olmuşdu – 27 min 875 nəfər.

Pandemiya başlanandan Polşada koronavirusdan 50 mindən çox ölən olub. Martın 24-də isə 575 nəfərin vəfat etdiyi açıqlanıb.

Baş nazir Mateusz Morawiecki martın 25-dən yeni qadağaların tətbiq olunacağını açıqlayıb.

Almaniyada isə Kansler Angela Merkel Pasxa vaxtı qadağaların sərtləşdirilməsi ilə bağlı qərarı ləğv edib. Qadağalar cəmi bir neçə saat qabaq açıqlanmışdı.

Ən vacib tədbir Pasxa vaxtı beşgünlük karantinin elan olunmasıyla bağlı idi. Amma bu qərar xeyli tənqid olundu.

Almaniyada pandemiya dövründə 75 mindən çox ölüm qeydə alınıb.

***

Martın 24-də Ukrayna koronovirusdan rekord ölüm, Bolqarıstan isə pandemiya başlanandan ən yüksək yoluxma aşkarlandığını bildirir. Hazırda bir sıra Avropa ölkələrində COVID-19-a yoluxmaların yeni dalğası qeydə alınır.

Ukraynanın Səhiyyə naziri Maksim Stepanov bildirib ki, son 24 saat ərzində ölkədə COVID-19-dan 342 nəfər ölüb. Martın 23-də bu say 333 nəfər idi.

Nazir son 24 saat ərzində 14 min 174 yeni yoluxmanın aşkarlandığını bildirib.

İndiyədək Ukraynada koronavirusa 1 milyon 580 minə yaxına yoluxma, 31 minə yaxın ölüm qeydə alınıb.

Bolqarıstan isə son 24 saat ərzində 4 min 851 yoluxma haqda məlumat yayıb. Bu, ölkə üçün rekord rəqəm sayılır.

7 milyon əhalisi olan bu cənub-şərqi Avropa ölkəsində pandemiya dövründə 313 minə yaxın yoluxma, 12 min 307 ölüm təsdiqlənib.

Günə 5 milyon doza vaksin istehsal olunur

Bu arada Çində gündəlik COVID-19 vaksinləri istehsalının 5 milyon dozaya çatdığı xəbər verilir. Fevralın 1-də gündəlik istehsalın 1.5 milyon doza olduğu bildirilirdi.

“Sinxua” agentliyinin yazmasına görə, bazar ertəsi ümumilikdə 80.46 milyon doza vaksin vurulub. Şənbə gününün (20 mart) sonunda 74.96 milyon dozanın vurulduğu bildirilirdi. Bu, vaksinasiyanın sürətlə getdiyini göstərir.

Yerli hakimiyyətin açıqlamasına görə, Şanxay artıq əcnəbi rezidentlərə də vaksinasiya təklif edəcək. Bu, qeyri-Çin vətəndaşlarına vaksin təklif edən ilk şəhər olacaq.

Britaniyada isə avqustdan uşaqlara peyvənd vurulmağa başlayacaq. Bu haqda “The Telegraph” qəzeti martın 23-də yazıb.

Qəzet planlardan xəbərdar mənbələrə istinadla bunun gözlənildiyindən iki ay tez gerçəkləşəcəyini qeyd edir.

Hazırda hökumət Oksford Universitetinin uşaqların peyvəndlənməsi ilə bağlı araşdırmasının nəticələrini gözləyir. Universitet AstraZeneca Plc ilə birlikdə hazırladığı vaksini sınaqdan keçirib və uşaqlarla bağlı qərar verməzdən öncə nəticələr öyrəniləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG