Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 15:16

İsraildə seçkinin qalibi kim olacaq


Bencamin Netanyahunun tərəfdarları

12 ildir hakimiyyətdə olan Netanyahunun opponentlərinin 59, Naftali Bennetin Yamina partiyasının isə 7-8 yer qazandığı xəbər verilir

Ekzit pollar İsraildə 23 mart parlament seçkisinin aydın qalibi olmadığını göstərir. Bu isə siyasi iflic vəziyyətin qalacağı, hökumətin formalaşdırılması üzrə danışıqların uzanacağı ehtimalını yüksəldir.

Son iki ilin dördüncü parlament seçkisində Baş nazir Bencamin Netanyahunun dini və millətçi müttəfiqləri ilə birlikdə 120 yerlik parlamentdə 53-54 yer qazandığı görünür.

12 ildir hakimiyyətdə olan Netanyahunun opponentlərinin 59, Naftali Bennetin Yamina partiyasının isə 7-8 yer qazandığı xəbər verilir.

Yekun nəticələr də ekzit pola uyğun olarsa, hər iki tərəf çoxluq üçün azı 61 yerdən ötrü Benneti öz tərəfinə çəkməyə çalışacaq.

Netanyahunun sərt-xətt tərəfdarı millətçi ideologiyasını paylaşan Bennet bildirib ki, baş nazir olmağına şərait yaradılsa əməkdaşlığa açıqdır.

İndiyədək keçirilən üç seçkidən sonra ağır koalisiya danışıqları aparılıb. Bu seçkinin nəticəsi qeyri-müəyyən qalarsa beşinci seçkiyə yol açılar. İki həftədən sonra Netanyayunun rüşvətxorluq və korrupsiya ittihamları ilə məhkəməsi keçirilməlidir.

Netanyahu seçki təbliğatını sürətli vaksinasiya proqramı əsasında qurub. İsraillilərin yarıya qədəri tam peyvənd olunub və ölkə dünya üzrə vaksinasiyada önə çıxıb.

Şərhlər

XS
SM
MD
LG