Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:45

'Dedi ki, gəlməsən, tikdiyin söküləcək'


Əməliyyat çəkilişi
Əməliyyat çəkilişi

Bir neçə ildir ki, Bakıətrafı qəsəbələrdə tikilmiş evlərə mülkiyyət sənədlərinin verilib-verilməməsi müzakirə olunur. Hər dəfə müzakirələrdə də əsas sual bu olur ki, rəsmi icazə yoxdursa, on minlərlə ev necə tikilib? İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin keçmiş rəisi Anar Poladov, şöbənin baş məsləhətçisi olmuş Səbuhi Rzayev Afiq İbadovun məhkəməsində də bu sual ortaya çıxıb. Digər iki nəfərdən fərqli olaraq, İbadov həbsdə deyil.

Pulun cərimə olaraq alındığını deyirlər

Adları çəkilən şəxslər haqqında Baş Prokurorluq həm rəsmi açıqlama, həm də videogörüntülər yaymışdı. Görüntülərdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının şöbə rəisinin otağına daxil olması, onun rüşvət kimi aldığı iddia olunan 900 manatı götürməsi və s. əks olunmuşdu. İddia olunur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda qanunsuz tikilinin sökülməməsi üçün Şahid Cabbarovdan 1000 manat pul istəyib, son nəticədə 900 manat alıblar.

İndi bu məsələ Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Təqsirləndirilən şəxslərə CM-in 311.3.2 (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Bu maddədə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Amma onlar özlərini təqsirli bilmir. Cinayət işinin materiallarında rüşvət kimi təqdim olunan vəsaitlərin rüsum, cərimə olaraq alındığını deyirlər.

500 min sənədsiz evlə bağlı qərar gözlənir
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

"1000 manat istədi, 800 manata razılaşdıq"

İnşa etdirdiyi tikilinin sökülməməsi üçün rüşvət verdiyi iddia olunanlardan biri də Şaiq Nəsirovdur. O da məhkəmədə dindirilib: "Biz tikinti aparandan sonra Səbuhi Rzayev gəlib dedi ki, qanunsuz tikilidir. "Niva"da gəlmişdi, maşının üstündə "Əmlak məsələləri komitəsi" yazılmışdı. Onunla elə orada danışdıq, amma razılığa gələ bilmədik. Sonra bir neçə dəfə zəng elədi, ancaq getmədim. Axırda dedi ki, gəlməsən, tikdiyin söküləcək. Getdim, 1000 manat istədi, 800 manata razılaşdıq. İzah etdi ki, qanunsuz tikiliyə görə cərimə protokolu yazılacaq, ona görə pulu ödəməliyəm".

Şahidin sözlərinə görə, həqiqətən protokol yazılmışdı, amma orada cərimənin məbləği 600 manat göstərilmişdi: "Heç nə demədim, çünki mənim üçün əsas məsələ tikilinin sökülməməsi idi...".

Azərbaycanda icazəsiz ev tikməyə şərait yaradanlar kimlərdi?
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Səbuhi Rzayev isə bildirib ki, bu adamdan rüşvət alınmayıb, o, sadəcə, cəriməni ödəyib.

Təqsirləndirilən şəxslər və onların vəkillərinin əsas tələbi budur ki, şöbədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyat keçirməsinə səbəb olmuş şikayətçi Cabbarov məhkəmədə dindirilsin. O, məhkəməyə çağırılsa da, gəlmir. Müdafiə tərəfinin vəsatəti əsasında onun məcburi gətirilməsinə qərar verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG