Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

İctimai nəqliyyat olmayanda…


Bakı avtobuslarında basabas: 'Maskanın da xeyri yoxdu'
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Bakı avtobuslarında basabas: 'Maskanın da xeyri yoxdu'

Martın 20-dən 29-u saat 06:00-dək Azərbaycanda 9 gün ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Martın 20-dən 29-u saat 06:00-dək Azərbaycanda 9 gün ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Qərara etdiyi dəyişiklikdə əksini tapıb. Səbəb kimi koronavirus xəstəliyinin artımı göstərilir.

Novruz bayramı ilə bağlı həmin vaxt qeyri-iş günləri elan edilib. Lakin həmin müddətdə də xidmət, səhiyyə sektorunda və bəzi qeyri-dövlət qurumlarında fəaliyyət göstərənlər var. 9 gün ərzində ictimai nəqliyyatın işləməməsi nə kimi problemlər yaradır? İctimai nəqliyyatın fəaliyyətinin müvəqqəti dayandırılması yoluxma sayına müsbət təsir göstərəcəkmi?

Bakıda taksi tapmaq çətinləşib
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

"Ya işləyən müəssisələrin qapısına böyük bir qıfıl vursunlar,..."

Bakı xəstəxanalarından birində çalışan K.Q. AzadlıqRadiosuna bildirib ki, ictimai nəqliyyat olmadan hər gün işə gedib-gəlmək çox çətindir: "Bayram günlərində karantinlə bağlı ictimai nəqliyyatın işləməməsi ilə tam razıyam. Amma biz işçilər bu günlər ərzində evdən işə qədər necə getməliyik? Ya bu xəstəxanaların, apteklərin, marketlərin, bayram günlərində işləyən başqa müəssisələrin qapısına böyük bir qıfıl vursunlar, ya da bir tədbir töksünlər ki, biz iş yerimizə gedib çata bilək".

Bakı sakini Novruz İmranovun fikrincə, ictimai nəqliyyatın dayandırılması barədə qərar, çox güman ki, yalnız nəqliyyatda sıxlığa görə yox, bayram günlərində insanların bir-birinə qonaq getməsinin qarşısını almaq üçün verilib: "Lakin məncə, bu qərarın müsbət tərəfi yoxdur, çünki istənilən bir adam istədiyi bir yerə hansı yolla olur-olsun gələcək. Sadəcə, bu, insanların maddi vəziyyətini daha da çətinləşdirir".

Bakıyla Berlinin fərqi: Həftəsonu avtobuslar dayanmalıdırmı?
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

"Bu, yoluxma halların artmasının qarşısını ala biləcək"

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Turan" agentliyinə bildirilib ki, ölkə ərazisində bayram günlərində ictimai nəqliyyatın hərəkətinin dayandırılmasının əsas səbəbi Azərbaycanda koronavirus infeksiyasına yoluxma halların artmasıdır: "Yoluxma halların artması narahatlıq doğurur. Ölkədə həmçinin, koronavirusun yeni Britaniya ştammı da aşkarlanıb, bu da narahatlığı artırır. Uzun məsləhətləşmələrdən sonra bayram günlərində ictimai nəqliyyatın hərəkətinin dayandırılması barədə qərar verilib. Hesab edirik ki, bu, yoluxma halların artmasının qarşısını ala biləcək".

"Bu dönəmdə metronun açılmasını tövsiyə etmirəm"

"Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də agentliyə deyib ki, bayram günlərində ictimai nəqliyyatın hərəkətinin dayandırılması koronavirusa yoluxmaların sayını azalda bilər: "Bu, məcburi çıxış yoludur. Bizdə ictimai nəqliyyatdakı basabasdan hamı xəbərdardır. İctimai nəqliyyatın sayı çox olsaydı, onda orada sıxlıq müşahidə olunmazdı və onun fəaliyyəti dayandırılmasa da olardı".

"Sərnişindaşımada da qiymətlər qalxa bilər"
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Mütəxəssis qeyd edib ki, gündəlik yoluxmaların sayı 100-200 arası olanda metronun fəaliyyətinin bərpası haqqında təkliflər səsləndirilmişdi: "O vaxt biz təklif verdik ki, metrolar açılsa, basabas azalar və yoluxma çox artmaz. Amma bu gün yoluxma təxminən min civarındadır və bu dönəmdə metronun açılmasını tövsiyə etmirəm".

"Biz taksi pulunu qarşılayırıq"

Keçmiş deputat, işadamı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, həm xidmət sahələrində, həm də marketlərdə çalışan insanlar çox cüzi əməkhaqqı alırlar və maaşın bir hissəsi taksiyə gedirsə, bu onların maddi vəziyyətini pisləşdirir: "Belə qərarlar xüsusilə günəmuzd çalışan şəxslərin vəziyyətini çətinləşdirir".

N.Bəydəmirli hesab edir ki, öz işçilərinin taksi xərclərini ödəyə bilməyən sahibkarları bu vəziyyətdə qınamaq lazım deyil: "Çünki indiki şəraitdə bunu etmək çox çətindir. Məsələn, biz öz avtomobili olmayan və ictimai nəqliyyatdan istifadə edən işçilərimizin həm bayram günlərində, həm də həftə sonları taksi pulunu qarşılayırıq. Bu isə koronavirus şəraitində biznes üçün əlavə itkidir".

N.Bəydəmirli
N.Bəydəmirli

İşadamı deyir ki, hökumət bu tipli qərarları verəndə vətəndaşların vəziyyətini nəzərə almır: "Hökumət bu insanları, ailələri, işçiləri, demək olar ki, nəzərə almır. İnsanlar bu problemlərlə baş-başa buraxılıb və hökumətin addımları nə sadə məntiqə, nə də normal şəraitə uyğundur".

Koronavirus pandemiyasi ilə bağlı Azərbaycanda ötən ilin martından karantindir. Bu müddət ərzində metronun fəaliyyəti ötən ilin sonunda ikinci dəfə dayandırılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 246 min 974 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3 min 366 nəfərin də vəfat etdiyi bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG