Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Paşinyan ordunun ‘siyasətsizləşdirilməsi’ndən danışıb


Baş nazir Nikol Paşinyan Ermənistan Müdafiə Nazirliyində
Baş nazir Nikol Paşinyan Ermənistan Müdafiə Nazirliyində

“Mən əminəm ki, Artak Davtyan özünün missiyasını başladığı kimi də davam etdirəcək”.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan bu sözləri martın 22-də Artak Davtyanı silahlı qüvvələrin ali zabit heyətinə baş qərargah rəisi kimi təqdim edərkən deyib.

Paşinyan xatırladıb ki, Davtyan baş qərargah rəisi vəzifəsini xidmətlə əlaqədar olmayan səbəblərə görə tərk edib.

Baş nazir bununla yanaşı bildirib ki, Davtyanla əlaqə həmişə saxlanıb, çünki onun potensialından dövlət işlərində mütləq istifadə olunacağı nəzərdə tutulub.

Azatutyun xatırladır ki, Artak Davtyan baş qərargaha 2018-ci ilin mayınadək rəhbərlik edib.

O bu vəzifədən 2020-ci ilin iyununda, koronavirus karantini şəraitində oğluna toy etdiyinə görə uzaqlaşdırılıb.

Həmin vaxt ölkədə kütləvi təbirlərin keçirilməsi qadağan olunmuşdu.

“Bu mənə yox, ordunun özünə lazımdır”

Paşinyan daha sonra deyib ki, silahlı qüvvələrin siyasətsizləşdirilməsi prinsipinə son dərəcə ciddi riayət olunmalıdır:

“Bu mənə, konkret bir adama və qrupa lazım deyil. Bu mühüm prinsip ilk növbədə silahlı qüvvələrin özünə lazımdır. Silahlı qüvvələr ümumiyyətlə dönüb geriyə baxmamalıdır, hərçənd bu başqa məsələdir ki, silahlı qüvvələrin normal inkişafı üçün hökumətin həll etməli olduğu problemlər, məsələlər var. Biz bunu xüsusilə də indiki situasiyada təmin etməliyik”.

Nikol Paşinyan bunun sadə missiya olmadığını vurğulayıb:

“Birinci məsələ: ordunun, silahlı qüvvələrin müdafiəsidir. İkinci vəzifə: elə etmək lazımdır ki, silahlı qüvvələri, Ermənistanın qorunmasını və xarici təhlkəsizliyini, bizim silahlı qüvvələrə etibarımızı gücləndirəcək zəruri islahatlar həyata keçirilsin.”

Paşinyan xatırladıb ki, o 2018-ci ildə Davtyanı baş qərargah rəisi təyin edəndə silahlı qüvvələrin qeyri-siyasiləşdirilməsinə əməl olunmasını mühüm hesab edirdi.

Baş nazir bildirib ki, Davtyan bu işin öhdəsindən bacarıqla gəlıirdi:

“Biz 2018-ci ilin dekabrında erkən parlament seçkisi keçirəndə, bir dənə siqnal, bircə hal olmamışdı ki, silahlı qüvvələrə hansısa siyasi təsir göstərilsin və ya o, siyasi proseslərə cəlb olunsun. Bu, çox mühümdür və mən əminəm ki, bizdə gələcəkdə də belə aydın vəziyyət olacaq”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG