Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 04:10

Aşkarlanan yoluxma mini keçdi 


Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 187 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 306 nəfər sağalıb.

Bu məlumatı martın 20-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 14 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 245 490 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 534 nəfər sağalıb, 3 339 nəfər vəfat edib, aktiv xəstə sayı 9 617 nəfərdir.”

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11 692 , hazırkı dövrədək isə ümumilkdə 2 768 149 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Son həftələr Azərbaycanda koroanvirusa gündəlik rəsmi təsdiqlənən yoluxmada və yoluxanlar arasında ölüm hallarında artım müşahidə edilməkdəsir. Dünən, martın 19 -da Azərbaycanda 879 yeni yoluxma faktının qeydə alındığı açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb

XS
SM
MD
LG