Keçid linkləri

2025, 17 May, şənbə, Bakı vaxtı 19:17

Azərbaycanda Novruz bayramı keçirilir


Şuşa, Cıdır düzü, Novruz bayramın sivolu olan səməni, 20 mart 2021
Şuşa, Cıdır düzü, Novruz bayramın sivolu olan səməni, 20 mart 2021

Azərbaycanda bu gün, martın 20-i Novruz bayramı qeyd edilir.
Novruz yazın gəlişinin simvoludur, mənası “Yeni gün”dür.Azərbaycanda əsrlərdir keçirilir.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir.

2009-cu il sentyabrın 30-da Novruzu UNESCO qeyri-maddi mədəni irs siyahıya daxil edib. 2010-cu il fevralın 23-də isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının hesablamasına görə, bu il bahar fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə təxminən saat 13:37:00-da daxil olacaq.
Novruz bayramı ilə əlaqədar ölkədə 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq.

XS
SM
MD
LG