Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 19:49

Koronavirus xəbərləri: Macarıstan da qadağaları uzadır


Filippin, yanvar, 2021-ci il
Filippin, yanvar, 2021-ci il

Britaniya rəsmiləri deyirlər ki, ayın sonuna vaksin qıtlığı gözlənir, amma bu, hökumətin gələn aylarda virus qadağalarını yüngülləşdirmək planlarını pozmayacaq

Macarıstanın Baş naziri Viktor Orban koronavirusun yayılmasına qarşı sərt qadağalarla bağlı xəbərdarlıq edib. Ölkədə yoluxma və ölüm hallarında rekord qeydə alındığından gələn həftədən qadağalar uzadılır.

Hökumət bu ayın əvvəlində ərzaq mağazaları, apteklər və yanacaq doldurma məntəqələri istisna olmaqla bütün obyektlər martın 22-cən bağlayıb.

Martın 19-da dövlət radiosunda çıxış edən Orban deyib ki, gündəlik yoluxmalar 10 min keçdiyindən məhdudiyyətlər daha bir həftə uzadılmalıdır.

Daha 1 milyon nəfərə vaksin vurulsa...

Bağçalar və ibtidai məktəblər Pasxa bayramına – aprelin 7-dək qapadılıb.

Martın 19-da son bir sutkada koronavirusa 10 min 759 yoluxma, 213 ölüm aşkarlanıb.

10 milyon əhalisi olan ölkədə 1.5 milyon nəfərə vaksin vurulduğu bildirilir.

Hazırda xəstəxanalarda 10 mindən çox xəstənin COVID-19-dan müalicə olunduğu bildirilir. Orban deyir ki, ölkənin səhiyyə sistemi yoluxmaların öhdəsindən gəlir.

Onun sözlərinə görə, daha 1 milyon nəfərə vaksin vurulandan sonra qadağaların yüngülləşdirilməsinə başlana bilər.

Baş nazir ölkədə Rusiyanın Sputnik V, Çinin Sinopharm vaksinlərindən istifadəni müdafiə edib. Macarıstan Avropa Birliyində bu iki vaksini təsdiqləyərək istifadəyə buraxan ilk ölkədir.

***

Sputnik V daha bir ölkədə təsdiqləndi

Filippin Rusiyanın COVID-19-a qarşı Sputnik V vaksinini təcili istifadəyə təsdiqləyib. Məlumatı ölkənin Ərzaq və Dərman Administrasiyası (FDA) martın 19-da açıqlayıb.

Rusiyanın Gamaleya İnstitutunun hazırladığı Sputnik V Filippində təcili istifadəyə təsdiqlənmiş dördüncü vaksindir. Hazırda ölkə yoluxmalarda yeni artımı önləməyə çalışır.

İlin sonuna 140 milyon vaksin

“Sputnik V vaksininin bəlli və potensial faydaları onun potensial risklərini üstələyir”, – FDA başçısı Rolando Enrike Dominqo mətbuat konfransında deyib.

Filippin Cənub-şərqi Asiyada COVID-19-a yoluxmalar və ölüm halları üzrə ikinci yerdədir, dekabradək 140.5 milyon vaksin dozası vurmağı planlaşdırır. Ölkənin əhali sayı 110 milyon civarındadır.

Dominqo deyib ki, aralıq data ikidozalı Sputnik V-nin 18 və yuxarı yaş qruplarında 91.6 faiz effektli olduğunu göstərib.

Ötən həftə Avropa Dərman Agentliyinin (EMA) aparıcı rəsmisi Avropa Birliyi üzvlərinə xəbərdarlıq edib ki, qurum təhlükəsizliklə bağlı ekspertizanı bitirməyincə Sputnik V-nin təsdiqlənməsini təxirə salsınlar.

Almaniya, Britaniya

EMA martın 18-də AstraZeneca vaksininin təhlükəsiz və effektiv olduğunu bildirib. Bir sıra ölkələr bu vaksinin qan laxtalanmasına səbəb olması iddialarından dolayı ondan istifadəni dayandırmışdılar. Almaniya da həmin ölkələr sırasındadır və martın 19-da federal və vilayət hökumətlərinin sammitində ölkənin vaksinasiya kampaniyası müzakirə olunacaq. Peyvəndləmənin sürəti tənqid olunur.

Ekspertlər Almaniyanın artıq yoluxmaların üçüncü dalğasına daxil olduğunu deyirlər. Xüsusilə Britaniya ştammına yoluxmalar artmaqdadır.

İndiyədək dünyada 400 milyon dozadan çox koronavirus vaksini vurulub. Bunun böyük hissəsi zəngin ölkələrdə həyata keçirilib, onlar dərman istehsalçıları kontraktları öncədən bağlayıblar.

Britaniya rəsmiləri deyirlər ki, ayın sonuna vaksin qıtlığı gözlənir, amma bu, hökumətin gələn aylarda virus qadağalarını yüngülləşdirmək planlarını pozmayacaq.

ABŞ Prezidenti Co Bayden isə bəyan edib ki, vəzifəsinin ilk 100 günündə 100 milyon vaksin dozası vurulması hədəfinə daha tez – martın 19-da çatacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG