Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 04:03

Milyonlarla saxta dollar və avro müsadirə olundu


Saxta dollar, arxiv fotosu

ABŞ və Bolqarıstan hüquq-mühafizə agentliklərinin birgə əməliyyatı nəticəsində milyonlarla saxta banknot müsadirə olunub. Bu pulların Bolqarıstan paytaxtında bir universitetin çap evində hazırlandığı bildirilir.

Bolqarıstan polisi iki nəfəri saxlayıb, pul çap olunan maşın və avadanlığı müsadirə edib. Saxta pulların 4 milyon ABŞ dolları və 3.6 milyon avrodan ibarət olduğu bildirilir.

“Müsadirə olunan valyutanın miqdarı dərin təsir oyadır. Bu, ciddi kriminal fəaliyyətə dəlalət edir”, – Sofiyanın polis rəisi Georgi Hacıyev deyib.

Polisin versiyasına görə, iki şübhəli daha böyük kriminal şəbəkəyə daxildir, Ukraynaya saxta dollar, qərbi Avropaya isə saxta avro daşınıb.

Birgə əməliyyatda ABŞ Gizli Xidməti iştirak edib. Bu qurum saxtalaşdırma əməliyyatlarını və digər maliyyə cinayətlərini də araşdırır.

XS
SM
MD
LG