Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Rusiyada da Cənubi Afrika mutasiyası aşkarlandı


Sankt Peterburqda koronavirus qurbanları dəfn olunur
Sankt Peterburqda koronavirus qurbanları dəfn olunur

Cənubi Afrika variantının isə artıq peyvənd vurdurmuş, yaxud COVID-19 keçirmiş şəxsləri də yoluxdurduğu bildirilir

Rusiyada koronavirusun Cənubi Afrika ştammı aşkarlanıb. Bu haqda “Rospotrebnadzor” məlumat yayıb.

Qurum bildirir ki, “son dövrlər” ölkədə SARS-CoV-2-nin molekulyar-genetik monitorinqi üçün 8 min 159 nümunə yığılıb. Nümunələr əsasən xaricdən qayıdanlardan, eləcə də digər şəxslərdən götürülüb.

Britaniya variantına aid 28, Cənubi Afrika variantından iki izolyat aşkarlanıb. Britaniya variantına aid izolyat aşkarlanmayıb. 16 hal isə digər mutasiyalara aiddir.

Vəziyyət “nəzarətdədir”

“Rospotrebnadzor” vəziyyətin nəzarətdə olduğunu bildirir.

Ölkədə Britaniya variantına ilk yoluxma ötən ilin sonunda qeydə alınsa da, qurum bu haqda yanvarın 10-da məlumat yaydı. Yanvarın sonunda isə bəyan etdi ki, Rusiyada “Britaniya” ştammının yayılması qeydə alınmır.

Sözügedən ştammlar dünyada ötən ilin sonunda aşkarlanıb və daha yoluxucu olduqları bildirilir.

Cənubi Afrika variantının isə artıq peyvənd vurdurmuş, yaxud COVID-19 keçirmiş şəxsləri də yoluxdurduğu bildirilir. Yohannesburqda yoluxucu xəstəliklər üzrə milli institutun araşdırmalarına görə, SARS-CoV-2-nin yeni mutasiyaları onu qan plazmasındakı anticismlərə qarşı daha davamlı edir. Söhbət artıq COVID-19-a yoluxmuş xəstələrin donor olduğu qandan gedir.

Rusiyada martın 16-na olan məlumata görə, yeni yoluxmalar 9 min 437-yə düşüb. Pandemiya başlanandan ölkədə 4 milyon 400 min yoluxma, 92 min 494 ölüm qeydə alınıb.

XS
SM
MD
LG