Ukraynanın Rusiyanın nəzarətində olan Krım yarımadasında koronavirus pandemiyası qadağaları müvəqqəti qaldırılıb. Martın 18-də regionda Moskva tərəfindən ilhaqın yeddinci ildönümü keçiriləcək.
Yarımadaya Rusiyanın başçı təyin etdiyi Sergey Aksyonov martın 15-də fərman imzalayaraq mərasimlərə icazə verib.
Krımda pandemiyaya qarşı məhdudiyyətlər bir il öncə tətbiq olunub.
Rusiya 2014-cü ildə hərbçilərini göndərərək Krımı ilhaq edib, əsas obyektləri tutub. Bir neçə həftə sonra keçirilən referendumu isə azı 100 ölkə qanunsuz adlandırıb.
Moskva Ukraynanın şərqində separatçıları dəstəkləyir. O vaxtdan gedən münaqişədə 13 mindən çox insan həlak olub.