Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

AİHM: Azərbaycan 72 erməninin saxlandığını təsdiqləyir


Yerevanda əsirlərin qarşılanması, dekabr, 2020-ci il
Yerevanda əsirlərin qarşılanması, dekabr, 2020-ci il

Azərbaycan tərəfi 249 ermənidən 112 nəfərin kimliyini müəyyənləşdirə bilmədiyini bildirir

Martın 9-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Avropa Şurasının Nazirlər Komitəsinə Ermənistanda və Azərbaycanda iddia olunan əsirlərlə bağlı bildiriş göndərib. Quruma Məhkəmə Reqlamentinin təcili tədbirlər üzrə 39-cu qaydasına müvafiq olaraq 2-ci Qarabağ müharibəsindən sonra atılan addımlarla bağlı bilgi verilib.

2020-ci il oktyabrın 13-dən 2021-ci il martın 5-dək Azərbaycan tərəfdən saxlandığı iddia olunan 249 erməniylə bağlı qərarlar verildiyi bildirilir. Azərbaycana qarşı iddiaları Ermənistan hökuməti və 62 iddiaçı qaldırıb.

53 erməni repatriasiya edilib

AİHM Nazirlər Komitəsinə bildirir ki, 2020-ci ilin dekabrından 2021-ci ilin fevralınadək 53 erməni repatriasiya edilib, onlardan yeddisi ölü tapılıb. Bunu Ermənistan hökuməti deyir. Amma altı hal üzrə fərdlər yaxınlarının ölümü haqda hər hansı dəlil almadıqlarını iddia edirlər.

Məlumatda 72 erməninin hələ də Azərbaycanda olduğu bildirilir, Azərbaycan hökuməti onların saxlandığını təsdiqləyir. Azərbaycan tərəfi 249 ermənidən 112 nəfərin kimliyini müəyyənləşdirə bilmədiyini bildirir.

AİHM Nazirlər Komitəsinə bildirir ki, Azərbaycan hökuməti məhkəmənin qoyduğu vaxt çərçivəsində adı çəkilən şəxslərlə bağlı informasiya verməyib, ya da verilən informasiyanı məhdudlaşdırıb.

16 azərbaycanlıdan 12-si qaytarılıb

Məhkəmə həmçinin Azərbaycan hökuməti tərəfindən Ermənistanın əsir götürdüyü iddia olunan 16 azərbaycanlı haqda iddia alıb. Onlardan 12-sini Ermənistan əsir kimi tanıyıb və 2020-ci ilin dekabrında repatriasiya olunublar. Dörd nəfəri isə Ermənistan əsir kimi tanımayıb. Məhkəmə Ermənistan tərəfdən informasiyanın xarakterini nəzərə alaraq bu hallara baxılmasını dayandırıb.

Azərbaycan tərəfi AİHM-in son açıqlamasına hələlik, münasibət bildirməyib. Ancaq Xarici işlər naziri Ceyhun Bayramov martın 15-də bir daha Azərbaycanın bütün hərbi əsirləri qarşı tərəfə qaytardığını bəyan edib. Onun sözlərinə görə, digər saxlananlar üçtərəfli atəşkəs bəyanatı imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad olunmuş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir: "Həmin şəxslər terror əməlləri törədilib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir".

Azərbaycan ötən il 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG