Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 03:12

‘Ağdam şəhərini gəzirik, ürək parçalayan mənzərələrdir’


Ağdam, 24 noyabr 2020

Jurnalistlər, QHT təmsilçiləri və blogerlərin Ağdam rayonuna səfəri davam edir.
Səfər çərçivəsində onlar Baş Qərvənd kəndi yaxınlığında dəmir yolu ətrafında minalardan təmizləmə işləri ilə tanış olublar.Səfər iştirakçıları dağıntılara məruz qalmış Ağdam şəhərini gəziblər.

Ağdama səfər edənlərdən jurnalist Xədicə İsmayıl təəssüratlarını Azadlıq Radiosuna belə bölüşüb:

“Hər tərəf boş qalmış, yarasız hala düşmüş torpaqlardır...”
Onun deməsinə görə, Ermənistan tərəfi işğal zamanı orada ancaq müdafiə qurğuları tikib:
“ Nə özləri yaşayıblar, nə də azərbaycanlıları yaşamağa qoyublar. İmarət stadionunda olduq. Bir zamanlar bu stadionda “Xarı Bülbül” muğam festivalı keçirilib. İnanmaq olmur ki, nə zamansa bu stadionda musiqi səslənib, insanlar mədəni həyatlarını yaşayıblar. Ağır və kədərlidir. Ağdam şəhərini gəzirik, ürək parçalayan mənzərələrdir. Adama qəribə gəlir, görəsən burda bir də həyat nə zaman qaynayacaq? ”.

***

Jurnalistlər, QHT rəhbərləri Ağdamda

Jurnalist və QHT nümayəndələri Ağdamda, 13 mart 2021
Jurnalist və QHT nümayəndələri Ağdamda, 13 mart 2021

Bu gün,martın 13-də böyük bir qrup jurnalist, boger və qeyri hökumət təşkilatları (QHT) rəhbərləri işğaldan azad olunmuş Ağdam rayonuna səfər edib.

Nümayəndə heyətini səfərin təşkilatçısı, Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşaiyət edir.

Jurnalist Kamran Mahmudovun verdiyi məlumata görə, Ağdam rayonuna səfərdə 6 avtobusda 130-a yaxın təmsilçi var.

Ağdama səfər, 13 mart 2021
Ağdama səfər, 13 mart 2021

Səfər proqramına Ağdam şəhəri, onun tarixi və mədəniyyət abidələri ilə tanışlıq daxildir. İştirakçılar Baş Qərvənd kəndində minatəmizləmə işlərini də izləməlidirlər.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona ( Ağdam daxil) nəzarəti ələ alıb.10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ağdam rayonu 1993-cü il iyulun 23-də işğal olunub. Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG