Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:51

Qarabağda radioya 7 iddiaçı var


radio studiyası, arxiv foto

Qarabağda radio yayımı üçün elan olunan müsabiqəyə sənəd qəbulu başa çatıb.

Azərbaycan Milli Televiziya və Radio Şurasının məlumatına görə 7 iddiaçı var.
İddiaçılar “Real Təhlil İnformasiya Mərkəzi”, “Caspian İnternational Broadcasting Company”, “Balans Studiyası”, “İNS ÇM”, “İsti Press”, “ARB 24” MMC və “Azad Azərbaycan” Müstəqil Teleradio kompaniyasıdır.

Milli Televiziya və Radio Şurası Qarabağ bölgəsində radio kanalı açmaq üçün 102,7 MHs işçi tezliyinə bu il fevralın 10-da müsabiqə elan etmişdi. “Televiziya və Radio Yayımı haqqında” qanunun 19.1-ci maddəsinə əsasən müsabiqəyə sənəd qəbulundan sonrakı 30 gün ərzində yekun vurulmalıdır.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi

XS
SM
MD
LG