Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

‘Koronavirusu lağa qoyan’ prezidentin ölümcül olduğu deyilir


Tanzaniya prezidenti Maqufuli
Tanzaniya prezidenti Maqufuli

Tanzaniya prezidenti Con Maqufuli artıq iki həftədir ki, gözə dəymir.

Müxalifət onun koronavirusa yoluxduğunu və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini xəbər verib.

61 yaşlı siyasətçi indiyədək pandemiyanı və ondan qorunma vasitələrini lağa qoyurdu.

Bu da deyilir ki, Tanzaniyanın bir hissəsi olan Zənzibar adası hazırda rusiyalı turistlərin ən çox axışdığı məkandır.

Maqufuli ictimaiyyət qarşısınbda fevraılın sonlarından görünməyib. O hətta fevralın 27-də Şərqi Afrika ölkə başçılarının videokonfransına da qatılmayıb.

Müxalifət iddia edir ki, prezident Keniya paytaxtı Nayrobidəki xəstəxanalardan birindədir.

Bu həftənin ortalarında müxalifətdən prezidentliyə keçmiş namizəd Tundu Lissu deyib ki, prezident Hindistana aparılıb və sağlıq durumu son dərəcə ağırdır.

Koronavirus statistikası gizlədilir

Tanzaniya ötən apreldən bəri ölkədə koronavirusa dair statistikanı açıqlamır.

Maqufuli ölkədə karantin elan etməyib və dualarla müalicə olunmağı məsləhət görüb.

Rəsmi məlumatlara görə Tanzaniyada COVID-19 virusuna cəmi 509 nəfər yoluxub və onlardan 21-i vəfat edib.

Ölkə 2020-ci ilin avqustundan bəri xarici turistlər üçün açıqdır və buraya Moskvadan müntəzəm təyyarə reysləri var.

“Dövlət başçısı qaçış məşqçisi deyil ki...”

Yarımmuxtar Zənzibar regionunun vitse-prezidenti Seyf Həməd fevral ayında koronavirusdan vəfat edib.

Bundan az sonra maliyyə naziri Filip Mpanqo virusdan öldüyü barədə xəbərləri təkzib etmək üçün Nayrobidə mətbuat konfransı keçirib. Lakin o konfrans vaxtı öskürür və xırıldayırdı.

Tanzaniyada pandemiya ilə bağlı vəziyyətin pisləşdiyi barədə ilk dəfə yanvarda ABŞ səfirliyi xəbər verib.

Fevralın 26-dan Çexiya bu ölkəyə uçuşları dayandırıb.

Katolik kilsəsi hökuməti pandeniyanı tanımağa və adamların kütləvi toplantılarını qadağan etməyə çağırıb.

Tanzaniya hökuməti pandeniyanı inkar etməkdə davam edir və israrla bildirir ki, prezident ictimaiyyət qarşısında görünməyə borclu deyil:

"Dövlət başçısı teleaparıcı deyil ki, daim efirdə görəsiniz. O qaçış üzrə məşqçi də deyil ki, hər gün yanınızdan qaçıb keçsin”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG