Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 14:49

Netanyahunun BƏƏ-yə səfəri təxirə salınıb


Bencamin Netanyahu

İsrail hökuməti isə səfəri təsdiqləməyib. Bu səfər öncədən planlaşdırılsa da, koronavirusa görə təxirə salınmışdı

İsrailin Baş naziri Bencamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə martın 11-nə planlaşdırılan səfəri təxirə salınıb. Bu haqda İsrailin Kan ictimai radiosu səfərin planlaşdırılmasında iştirak edən mənbəyə istinadla xəbər yayıb.

Əslində, səfərin baş tutacağını nə İsrail, nə də BƏƏ rəsmən təsdiqləmişdi, xəbəri İsrail mediası yaymışdı.

Ölkə mediasının martın 11-də səhər yazmasına görə, səfər təxirə salına bilər, çünki BƏƏ-yə hava marşrutuyla bağlı suallar var, üstəlik, Netanyahunun həyat yoldaşı xəstədir.

***

İsrailin Baş naziri Bencamin Netanyahu martın 11-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək. İsraildə parlament seçkisi öncəsi bu tarixi səfər Körfəz ölkəsi ilə yeni qurulmuş münasibətləri diqqət mərkəzinə gətirir.

Netanyahu Vəliəhd Şahzadə Şeyx Məhəmməd bin Zayed al-Nahyanla Əbu Dabi aeroportunda görüşəcək və elə bu gün də İsrailə dönəcək, ölkə mediası yazır.

İsrail hökuməti isə səfəri təsdiqləməyib. Bu səfər öncədən planlaşdırılsa da, koronavirusa görə təxirə salınmışdı.

ABŞ-ın vasitəçiliyi ilə sentyabrda İsrail BƏƏ və Bəhreynlə münasibətlərin əsasını qoydu. Daha öncə ərəb ölkələrindən Misir və İordaniyanın yəhudi dövlətilə münasibətləri vardı. Sonradan Sudan və Mərakeş də buna getdi.

Martın 23-də İsraildə son iki ildə dördüncü seçki keçiriləcək. Netanyahu bu arada korrupsiya ittihamları ilə üzləşib, eyni zamanda koronavirus pandemiyasının iqtisadi ziyanını aradan qaldırmağa çalışır. Baş nazir seçki kampaniyasını ölkənin uğurlu vaksinasiya kampaniyası üzərində qurub.

Ərəb ölkələri uzun müddət İsraillə münasibətlərdən imtina ediblər. Onların fikrincə, hər hansı normallaşma Fələstin münaqişəsinin həllindən asılı olmalıdır.

XS
SM
MD
LG