Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:36

Pandemiya körpə bumu yaratdımı – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

İlkin məlumatlar İspaniya və İtaliyada da doğum səviyyəsində kəskin azalmanı üzə çıxarır. Bu iki ölkədə əhali onsuz da qocalır. Böyük Britaniya və Birləşmiş Ştatlarda da oxşar tendensiya baş verir

“The Financial Times” qəzeti yazır ki, koronavirus pandemiyası təkcə insanların həyatına son qoymur. Bəzi ölkələrdə dünyaya gələn körpələrin sayında da kəskin azalma var.

Fransanın milli statistika institutu yanvarda doğulan körpələrin sayını açıqlayıb. Covid-19 pandemiyası ölkəni ilk qapanmaya məcbur edəndən düz doqquz ay sonra ölkədə 53 min 900 körpə dünyaya gəlib, yəni ötən ilin yanvarından 13 faiz az.

1970-ci illərdən bəri ən kəskin azalma

Avropa Birliyinin 27 üzvü içində doğum səviyyəsinin ən yüksək olduğu Fransa üçün bu, 1970-ci illərin körpə bumundan bəri ən kəskin azalmadır.

Dekabrda da doğum bir il öncənin eyni dövrüylə müqayisədə 7 faiz azalmışdı. Ümumilikdə, ötən il Fransada 735 min körpə doğulub ki, bu da 2-ci Dünya müharibəsindən bəri ən aşağı göstəricidir.

“Belə fikirlər ki, cütlüklər evdədirsə, daha çox körpə dünyaya gələcək... Əslində isə çoxları üçün bütün vaxtı birlikdə olmaq çətindir”, – Fransa Milli Demoqrafik Araşdırmalar İnstitutundan Anna Solaz deyib.

Qəzet yazır ki, ilkin məlumatlar İspaniya və İtaliyada da doğum səviyyəsində kəskin azalmanı üzə çıxarır. Bu iki ölkədə əhali onsuz da qocalır. Böyük Britaniya və Birləşmiş Ştatlarda da oxşar tendensiya baş verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 126 min 571 körpə doğulub, yəni azalma olub. 2019-cu ildə 141 min 179 körpə doğulmuşdu.

Nə qədər vaksin almalı?

Ölkələr etik baxımdan nə qədər vaksin dozası tədarük edə bilərlər? “Foreign Affairs” dərgisi bu suala cavab axtarır.

Bir sıra ölkələr COVID-19-a qarşı əhali sayından bir neçə dəfə artıq vaksin almaqdan ötrü razılaşmalar bağlayıblar. Məsələn, 37 milyon əhalisi olan Kanadanın imzaladığı çoxsaylı sazişlər əhali sayından 9 dəfə artıq vaksini əhatələyir.

Bəs əslində, bir ölkənin nə qədər vaksin tədarükü görməsinə icazə verilməlidir? Müəlliflər bundan ötrü Sakinlərə Ədalətli Prioritet yanaşmasını təklif edirlər. Yəni, COVID-19-un birbaşa, yaxud dolayısı ilə səbəb olduğu ölüm səviyyəsi qripə bənzəməyə başlayanda vaksin paylaşımı məcburi olsun.

Məqalədə deyilir ki, hər il ABŞ-da qripdən onminlərlə adam ölür, amma hökumət bu ölümləri normal risk kimi qarşılayır və uyğun vaksin tədarükü görür. Di gəl, peyvəndləməni, yaxud maska taxmağı məcburi etmir, halbuki bu, həyatları xilas edərdi.

Müəlliflər təklif edirlər ki, hökumətlər COVID-19-dan ölümü “qrip riski” səviyyəsinə salanadək öz əhalisinə “ədalətli prioritet” üzrə yanaşsınlar. Bu məqama çatandan sonra, onlar artıq xaricdə COVID-19-un təhlükə yaratdığı insanlar barədə düşünsünlər, nəinki öz ölkələrində ölüm səviyyəsini azaltmağa fokuslansınlar.

Hazırda dünyada koronavirusa 117 milyondan çox yoluxma, 2 milyon 600 mindən çox ölüm aşkarlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG