Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 13:40

Xarici borc azalıb


Dollar

2021-ci il yanvarın 1-nə Azərbaycanın beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində birbaşa xarici dövlət borcu 8 mlrd. 100.4 mln. ABŞ dolları olub.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, dövlət müəssisələrinin cəlb etdiyi, xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721.1 mln. ABŞ dollarına bərabər olub: "Ümumilikdə xarici dövlət borcu 8821.5 milyon ABŞ dolları (14996.5 milyon manat) və ya ÜDM-in 20.7 faizini təşkil edib".

Açıqlamaya görə, ümumilikdə daxili dövlət borcu isə 1 mlrd. 942.1 mln. manat olub.

2020-ci il yanvarın 1-nə isə Azərbaycanın ümumilikdə xarici dövlət borcu 9 mlrd. 91 mln. ABŞ dolları təşkil etmişdi.

XS
SM
MD
LG