Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Türkiyədə Rusiya səfirinin qətlinə görə hökm oxundu


Andrey Karlov
Andrey Karlov

Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətlində ittiham edilən 5 nəfərə ömürlük həbs cəzası verilib.

Ankara məhkəməsinin bu qərarı barədə məlumatı martın 9-da Türkiyənin Anadolu agentliyi yayıb.

Rusiyalı diplomatı 2016-cı ilin dekabrında müasir incəsənət qalereyasının açılışında güllələnərək öldürülüb.

O vaxt iddia edilirdi ki, bu qətllə Türkiyə müxalifətinin də bağlılığı var.

Hakimiyyət orqanları qətli törədənin 22 yaşlı polis Mevlüt Mert Altıntaş olduğunu bildirmişdilər.

Altıntaş hadisə yerində xüsusi təyinatlılar tərəfindən öldürülüb.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu iş üzrə müttəhim kimi 28 nəfər keçirdi. Onlardan 6 nəfəri bəraət alıb. Bir neçə nəfərə qiyabi iş kəsilib. Başqalarına isə müxtəlif müddətlərə həbsxana cəzası verilib.

Səfirin xanımı istintaqa inanmır

İstintaqın məhkəmə tərəfindən də tanınan versiyasına görə bu qətlin təşkilatçıları hazırda ABŞ-da yaşasa da, Türkiyədə böyük nüfuz və təsir sahibi olan müsəlman vaiz Fethullah Gülenlə bağlıdırlar.

Bundan əvvəl Türkiyə hökuməti Güleni 2016-cı ilin çevriliş cəhdində ittiham edirdi.

Bunun ardınca vaizin Türkiyədəki minlərlə davamçısı həbs olunmuşdu.

Gülen istər səfirə sui-qəsd, istərsə də çevriliş cəhdi ilə bağlı bütün ittihamları rədd edir.

Rusiya diplomatının dul xanımı Marina Karlova BBC-nin Rus xidmətinə müsahibəsində deyib ki, əri bu sui-qəsddən azı dörd ay əvvəl hədələnirdi, amma buna baxmayaraq onun mühafizəsi gücləndirilməmişdi.

Bu da qeyd olunur ki, diplomatların səfirlik ərazisindən kənar yerlərdəki təhlükəsizliyinə ev sahibi olan ölkə cavabdeh olmalııdır.

Xanım Karlova bunu da deyib ki, o istintaqın əsl təşkilatçıları müyyən etdiyini düşünmür.

O bildirib ki, bu işin heç vaxt açılmayacağını düşünür.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG