Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 18:09

Yoluxmada artım davam edir


Xəstəxana, arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 403 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 127 nəfər sağalıb.

Bu məlumatı martın 7-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 236 768 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 718 nəfər sağalıb, 3 241 nəfər vəfat edib, 3 809 aktiv xəstə sayı nəfərdir”

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8 169, hazırkı dövrədək isə ümumilikdə 2 653 375 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Martın 6-da 353 virusa yoluxma halının aşkarlandığı açıqlanmışdı. Azərbaycanda koronavirusa 400-dən çox gündəlik yoluxma sonuncu dəfə bu il yanvarın 16-da qeydə alınıb.
Ölkədə ötən il yanvarın 24-dən bu virusla bağlı karantin elan edilib. Bu müddət ərzində rejim zaman-zaman həm sərtləşdirilib, həm də yumşaldılıb. Sonuncu yumşalma bu il yanvarın 18-dən tədbiq edilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu vir

XS
SM
MD
LG