Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Bayden Avropa ilə müttəfiqliyi ‘yenidən canlandıracağını’ deyir


Co Bayden
Co Bayden

Ağ Evin martın 5-də verdiyi məlumata görə prezident Co Bayden ABŞ-Avropa İttifaqı partnyorluğunu “sağaldacağını və yenidən canlandıracağını” deyib.

Bundan əvvəl Vaşinqton və Brüssel Boeing və Airbus şirkətləri arasında ticari mübahisəyə görə qoyulmuş rüsumların ləğv edilməsi barədə razılığa gəliblər.

Bayden transatlantik partnyorluğunu gücləndirəcəyinə dair vədi martin 5-də Avropa Komissiyasının prezidenti Ursula von der Leyenlə telefon söhbətində verib.

Ağ Ev xəbər verir ki, tərəflər Dünya Ticarət Təşkilatında uzun müddətdir ki, davam edən mübahisələrə son qoyulması istiqamətində işləyəcəklərini bildiriblər.

Ağ Evin bəyanatında deyilir ki, Bayden və Von der Leyen Çin, Rusiya, Belarus, Ukrayna və Qərbi Balkanlar siyasəti də daxil “ortaq maraq kəsb edən məsələlərdə” koordinasiya barədə razılığa gəliblər.

Boeing-Airbus mübahisənin çözülməsi - yeni başlanğıc

Bu telefon söhbətindən sonra Von der Leyen deyib ki, Boeing-Airbus mübahisənin çözülməsi ikitərəfli münasibətlərin “yeni başlanğıcı” olacaq.

O izah edib ki, mübahisənin kökündə təyyarə və qeyri-təyyarə məhsulları üzərinə hər iki tərəfdən qoyulmuş rüsumlar durur və onların ləğvi münasibətlərin normallaşmasına xidmət edəcək:

"Yeni başlanğıcın rəmzi olaraq prezident Bayden və mən Airbus-Boeing mübahisəsinin kontekstində, dörd aydan ibarət ilkin müddət üçün təyyarə və qeyri-təyyarə məhsulları üzərindəki rüsumların ləğvinə razılaşmışıq”.

AzadlıqRadiosu yazır ki, Avropa Komissiyasının bu bəyanatı əslində Brüssel və Vaşinqton arasında 2000-ci illərin əvvəllərindən başlanan mübahisəni əhatə edir.

ABŞ və Avropa İttifaqı bir-birlərini dünyanın iki ən böyük təyyarə istehsalçısına ədalətsiz olaraq verilən dövlət dəstəyində ittiham edirlər.

XS
SM
MD
LG