Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:57

Erməni əsirlərin yaxınları daha bir aksiya keçiriblər


Şirak icra hakimiyyətində əsir analarının aksiyası

Dağlıq Qarabağın Çaylaqqala kəndində əsir düşən 54 Ermənistan hərbçisinin qohumları martın 5-də, səhər saatlarında Ermənistanın Şirak vilayəti icra hakimiyyətinin binasını bloklayaraq əməkdaşların işə gəlməsinə mane olublar.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, gündüz saat 14-də icra hakimiyyətinə giriş artıq açılmışdı.

Buna baxmayaraq əsir düşənlərin qohumları inzibati binanı tərk etmirlər və əsir götürülmüş yaxınlarının taleyi barədə məlumat almağa çalışırlar.

Azərbaycan tərəfi onda olan bütün erməni əsirləri artıq Yerevana qaytardığını bəyan edib.

Amma rəsmi Bakı bildirir ki, Dağlıq Qarabağda atəşkəs razılaşması imzalanandan, yəni 9 noyabr üçtərəfli bəyantından sonra saxlanmış 62 erməni hərbçi əsir sayıla bilməz və onlar terrorçu kimi Azərbaycan məhkəməsində mühakimə edilməlidir.

8-i qaytarılıb, 54-ü qalıb

Buna baxmayaraq bu hərbçilərdən 8-i artıq Ermənistana qaytarılıb.

Hazırda etiraz aksiyası keçirənlər əsirlikdə qalan 52 hərbçinin yaxınlarıdır.

Əsirlərin qaytarılmasını və itkin əsgərlər barədə məlumat tələb edənlər dəfələrlə bildiriblər ki, onlar ölkədə davam edən siyasi böhranda tərəflərdən heç birini dəstəkləmirlər.

Onlar habelə övladlarının siyasi alver predmetinə çevrilməsinə qarşıdırlar.

İki gün bundan əvvəl Şirak vilayət icra hakimiyyətinin binasında daha bir aksiya keçirilmişdi.

Əsir anaları baş nazir Nikol Paşinyanla görüş tələb edirdilər.

İki həftə bundan əvvəl Paşinyan Gümrüdə əsir valideynləri ilə qapalı görüş keçirmişdi.

XS
SM
MD
LG