Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 22:26

Məhkəmə ‘Putinin aşpazına’ ‘oğru’ dediyinə görə Navalnını cərimələdi


Yevgeni Priqojin Putinə xidmət göstərərkən
Yevgeni Priqojin Putinə xidmət göstərərkən

Moskva məhkəməsi biznesmen Yevgeni Priqojinin “şərəf və ləyaqətinin qorunması” barədə müxalifət siyasətçisi Aleksey Navalnıya qarşı verdiyi vəsatəti təmin edib.

Məhkəmə qərarında deyilir ki, Navalnı “Putinin aşpazı” ləqəbi ilə tanınan biznesmenə, onu “oğru” adlandırdığına və varidatını “iylənmiş ərzaq satmaqla” qazandığını iddia etdiyinə görə Priqojinə 500 min rubl təzminat ödəməlidir.

Proqojinin vəsatəti ilə bağlı məhkəmənin keçirilməsi ilə bağlı xəbəri MBX media qurumu yayıb.

Şirkəti Kreml ziyafətlərini təşkil etməklə məşğul olan Priqojin bu vəsatətlə məhkəməyə 2020-ci ilin sentyabrında müraciət etmişdi.

O vaxt Navalnı özünün Twitter postunda yazmışdı ki, Priqojin onun Antikorrupsiya Fonduna (AKF) 1 milyon rubl (13 min 400 dollar) pul köçürüb:

"Biz düşündük: Bu pulu sahibinə qaytaraq, yoxsa xeyriyyəyə verək? Qərara gəldik ki, uşaq bağçalarına və məktəblərə iylənmiş ərzaq satmaqla qazanılmış pulun bizim hesabımızda olması belə ürək bulandırır. Ona görə göndərdiyi pulu bu oğrunun özünə qaytardıq”.

Məhkəmə qərarında deyilir ki, Navalnının postundakı iddialar həqiqətə uyğun deyil və biznesmenin ləyaqətini təhqir edir və işgüzar imicinə ziyan vurur.

Navalnı məhkəmə qərarı ilə bağlı heç bir şərh verməyib.

O hazırda Vladimir vilayətindəki təcridxanada həbsxana cəzasını çəkir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG