Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

YAP-ın Siyasi Şurası ləğv olunub


YAP-ın VII qurultayı. 5 mart 2021
YAP-ın VII qurultayı. 5 mart 2021

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu gün, martın 5-də keçirilən qurultayında onun Siyasi Şurası ləğv olunub.

YAP-ın 40 nəfərdən ibarət İdarə Heyəti və 13 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası formalaşdırılıb.

Partiyada habelə, 35 nəfərdən ibarət Veteranlar Şurası yaradılıb. Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib.

6 partiya YAP-a qoşulub

Azərbaycanda 6 siyasi partiya Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.

Bunlar Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasıdır.

YAP-ın bu gün, martın 5-də keçirilən VII qurultayında bununla bağlı müsbət qərar verilib.

YAP-ın VII qurultayı. 5 mart 2021
YAP-ın VII qurultayı. 5 mart 2021

Prezident: "Biz bu mütləq qələbəni qazandıq"

"Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olub".

AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri martın 5-də Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayındakı çıxışında söyləyib.

O, daha sonra da bunları əlavə edib: "Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədaləti bərpa etdi...".

Prezident: "…İslahatlarımızın böyük rolu var"

Prezident xatırladıb ki, son 3 il ərzində ölkədə prezident və parlament seçkiləri keçirilib: "…Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və biz görürük, gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bizim təşəbbüslərimizin, islahatlarımızın böyük rolu var".

Yeni Azərbaycan Partiyası (YAP) 1992-ci ildə yaradılıb. Onun ilk sədri Heydər Əliyev bir il sonra Azərbaycanda hakimiyyət başına gəlib. Amma bu partiyanın I qurultayı ondan düz 6 il sonra - 1999-cu ilin dekabrında keçirilmişdi.

YAP-a Prezident İlham Əliyev rəhbərlik edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG