Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 14:20

İmperator Avqustun mavzoleyi açılıb


Arxiv fotosu

İtaliya paytaxtının meri Virciniya Raqqi Avqustun mavzoleyini “bəşəriyyətin tarixi irsinin cəvahiratı” adlandırıb

Roma imperiyasının banisi Avqustun nəhəng mavzoleyi on il çəkən təmirdən sonra açılıb.

İtaliya paytaxtının meri Virciniya Raqqi Avqustun mavzoleyini “bəşəriyyətin tarixi irsinin cəvahiratı” adlandırıb.

Maskalı bələdçi Alesiya bir qrup ziyarətçini labirintdə gəzdirərkən deyib ki, “indiyədək buranı bir xarabalıq kimi tanıyırdıq, amma qədimliyin ən vacib abidələrindən biridir”.

Mavzoley eramızdan əvvəl 28-23-cü illərdə Tiber çayı sahillərində tikilib.

Eramızdan əvvəl 63-cü ildən eramızın 14-cü ilinədək ömür sürmüş Avqust atalığı Yuli Sezarın qətlindən sonra Roma imperiyasına sülh və sabitlik gətirib.

Dairəvi formada olan mavzoleyin eni 87, hündürlüyü 45 metrdir. Bu abidə əsrlər boyunca müxtəlif məqsədlərlə – bağ, öküz yarışları məkanı, teatr kimi istifadə olunub.

2-ci Dünya müharibəsindən sonra baxımsız vəziyyətə düşən ərazi adətən İtaliyanın abidələri baxa bilməməsinə nümunə göstərilirdi.

Mavzoleyin bərpasına dövlətin 5.3 milyon dollar ayırdığı, İtaliyanın TIM telekommunikasiya şirkətinin isə açıqlanmayan məbləğdə ianə etdiyi bildirilir.

XS
SM
MD
LG