Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Neftin qiyməti son bir ildə rekord həddə yüksəlib


Martın 4-də Brent markasından olan neftin bir barrelinin qiyməti 2.67 dollar və ya 4.2 faiz artaraq 67.75 dollara qalxıb.

Bu, 2020-ci ilin yanvarından bəri neftin ən yüksək qiymətidir. Gün ərzində 1 barrelin qiyməti 66.74 dollar civarında qərarlaşıb.

ABŞ neftinin fyuçers qiyməti də 2.55 dollar və ya 4.2 faiz artaraq bir barrel üçün 64.86 dollara çatıb.

Bu da son bir il ərzində pik qiymətdir.

Reuters agentliyinin yazdığına görə bəzi təhlilçilər OPEC+ qrupunun hasilatı günə 500 min barrel artıracağını proqnozlaşdırıblar.

ABŞ - ən böyük qalib

Lakin OPEC-in aparıcı üzvü Səudiyyə bildirib ki, könüllü şəkildə üzərinə götürdüyü günə 1 milyon barrel hasilat ixtisarını davam etdirəcək.

Riyad bəyan edib ki, hasilatın tədricən artırılması məsələsinə daha sonra baxılacaq.

Ekspertlərin fikrincə belə bir şəraitdə Rusiya hasilatı artırmaq niyyətindədir.

OPEC+ aprel ayında Rusiyaya hasilatı günə 130 min barrel artırmaq icazəsi verib. Qazaxıstan hasilatı günə 20 min barrel artıra bilər.

Reuters yazır ki, OPEC+ qrupunun hasilat ixtisarını davam etdirməsinin ən böyük qalibi ABŞ hesab olunmalıdır.

ABŞ indiki qiymətlərlə hasilatı bir xeyli yüksəldə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG