Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 01:00

Starship uğurlu enişdən sonra partlayıb


3 fevral sınağı

Milyarder İlon Maskın SpaceX şirkətinin Starship kosmik gəmisinin prototipi uğurlu enişdən 10 dəqiqə sonra partlayıb. Gəmi 10 km yüksəkliyə qalxaraq sınaq uçuşu həyata keçirib.

SpaceX ilk dəfəydi Starship-in prototipini uğurla endirə bilirdi. Kadrlardan gəminin bir hissəsinin yerə enərkən yandığı görünür. Bir neçə dəqiqə sonra o partlayır.

Amma SpaceX sınaqdan məmnun qalıb.

Şirkət rəhbəri İlon Mask Twitter-də yazıb ki, Starship sağ-salamat yerə enib. O hələlik, gəminin prototipinin partlamasını şərh etməyib.

Bu, Starship üçün 3-cü sınaq idi. Dekabrın 10-da və fevralın 3-də raketlər eniş zamanı partlamışdılar.

Starship kosmik gəmisi Marsa missiyalar üçün nəzərdə tutulub.

XS
SM
MD
LG