Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 01:15

Myanmada azı 38 etirazçı öldürülüb


Martın 3-də keçirilən aksiyaya atəş açılıb

Myanmada hərbi xunta əleyhinə etirazlarda azı 38 nəfər öldürülüb.

BMT-nin Myanma üzrə elçisi Şraner Burgener martın 3-nü hərbi çevrilişdən bəri “ən qanlı gün” adlandırıb, son bir ayda 50 nəfərdən çox insanın öıdürüldüyünü bildirib. Xeyli sayda yaralı var.

Şahidlərin dedikləri və videolar polisin bir neçə şəhərdə etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz, rezin güllələr və atəşdən istifadə etdiyini göstərir.

Fəallar etirazlarda azı 6 jurnalist daxil olmaqla yüzlərlə saxlanan olduğunu bildirir.

Britaniya BMT-nin Təhlükəsizlik Şurasını martın 3-də Myanmanı müzakirə etməyə çağırıb.

Birləşmiş Ştatlar xuntaya qarşı əlavə tədbirləri nəzərdən keçirdiyini bəyan edib. Avropa Birliyinin mövqeyinə görə, silahsız dinc sakinlərin güllələnməsi beynəlxalq hüququn aşkar pozuntusudur.

***

Martın 3-də Myanmada təhlükəsizlik qüvvələrinin hərbi hakimiyyətə etiraz edənlərə atəş açması nəticəsində azı 18 nəfərin həlak olduğu xəbər verilir.

Bəzi başqa mənbələr ölü sayının azı 38 olduğunu bildirirlər.

Bundan bir gün əvvəl regional ölkələr təmkinə çağırmış və Myanmadakı böhranın çözülməsi üçün dəstək təklif etmişdilər.

Reuters agentliyi xəbər verir ki, təhlükəsizlik qüvvələri bir neçə şəhərdə, demək olar xəbərdarlıq etmədən etirazçılara döyüş güllələri ilə atəş açıb.

Bəzi şahidlərin dediyinə görə hərbi xunta martın 3-də keçirilən etiraz aksiyasına qarşı fevralın 1-də olduğundan daha amansız hərəkət edib.

Fevralın 1-də hərbiyyə Aun San Sucinin seçkili hökumətini devirib.

Gənc fəal Tinzar Şunley Yi Reuters agentliyinə deyib ki, “bu, dəhşətli qətliamdır”.

Hakim hərbi şura Reuters-in telefon zənglərinə cavab verməyib.

Ölkənin əsas şəhəri olan Yanqonda şahidlər təhlükəsizlik qüvvələrinin adamları aramsız güllə yağışına tutduğunu bildiriblər.

XS
SM
MD
LG