Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:49

Braziliya mutasiyası ilə bağlı narahatlıq artır


Braziliyada pandemiyaya görə bu il karnavallar da təxirə salındı

İlk dəfə Braziliyanın Manaus şəhərində aşkarlanmış variant azı 20 ölkəyə yayılıb



Mayın sonunacan Birləşmiş Ştatlarda yetkin yaşlıların hər biri üçün yetərincə COVID-19 vaksini olmalıdır. Bu bəyanatla Prezident Co Bayden çıxış edib və bununla da öncəki hədəfi iki ay qabağa çəkib.

Hazırda Birləşmiş Ştatlarda üç vaksin təsdiqlənib. Ötən həftəsonu təsdiqlənmiş Johnson & Johnson vaksini birdozalıdır və vaksinasiya kampaniyasını sürətləndirəcəyi gözlənir.

“Bugünkü açıqlamalar bizim pandemiyanı məğlub etmək yönündə cəhdlərimizdə nəhəng addımdır. Amma sizinlə səmimi olmalıyam. Bu savaş hələ bitməyib”, – Bayden Ağ evin yaydığı telebəyanatda deyir.

Texas maska qaydasını da ləğv edir

Səhiyyə rəsmiləri ehtiyatı əldən verməməyə çağırır, daha bir dalğanın əldə olunmuş proqresə ziyan vura biləcəyi xəbərdarlığını edir.

Amma artıq bəzi ştatlar qadağaları yüngülləşdirirlər. Texas martın 2-də tam acılıma getdiyini, maska qadağasını qaldırdığını bəyan edib.

ABŞ-da yoluxmalar yanvarın ortasındakı pik həddən 70 faiz, gündəlik ölüm halları isə 40 faizədək azalıb. Amma yoluxmalar hələ də 70 min civarındadır və səhiyyə rəsmiləri getdikcə virus mutasiyalarından daha çox narahatlıq bildirirlər.

Daha yoluxucu hesaba olunan Britaniya variantı hələ Avropada dolaşır, Birləşmiş Ştatlarda yoluxmalarda kəskin artım yaradacağı gözlənir. İsveçdən tutmuş Slovakiyaya qədər Avropa ölkələri qadağaları gücləndirir.

Braziliya variantı

İlk dəfə Braziliyanın Manaus şəhərində aşkarlanmış variant isə azı 20 ölkəyə yayılıb.

Braziliyada pandemiyanın ən pis dövrü yaşanmaqdadır. Martın 2-də COVID-19-dan 1641 ölüm qeydə alınıb.

Bu ölkədə yeni yoluxmalara səbəb olan variant isə əvvəlki variantlardan sağalmış şəxsləri də yoluxdura bilər, alimlər belə deyirlər. Vaksinlərin bu varianta qarşı hansı təsiri göstərəcəyi bəlli deyil.

Manaus variantının Cənubi Afrika variantı ilə oxşarlığı olduğu bildirilir.

Bu arada Səudiyyə Ərəbistanının səhiyyə nazirliyi bildirib ki, builki həcc ziyarətinə yalnız COVID-19 vaksini vurdurmuş şəxslər buraxılacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin şərqində cəbhə zonasına səfəri zamanı peyvənd vurdurub. O, skeptikləri vaksinin təhlükəsiz və effektiv olacağına inandıracağına ümid edir.

Artıq qlobal COVAX təşəbbüsü çərçivəsində yoxsul ölkələrə vaksinlərin paylanmasına başlanılıb. Qanaya göndərilən vaksinlərin bir qismi tibb ocaqlarına dronlarla çatdırılıb.

COVAX Nigeriyaya 4 milyon dozaya yaxın, Konqo Demokratik Respublikasına 1.7 milyon doza, Anqolaya 624 min, Qambiyaya 36 min vaksin göndərib.

XS
SM
MD
LG