Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:27

Avropada ‘rəqəmsal vaksin şəhadətnaməsi’ tətbiq oluna bilər


Prezident İlham Əliyev peyvənd olunubmu?
Gözlə

No media source currently available

0:00 0:09:58 0:00

Prezident İlham Əliyev peyvənd olunubmu?

Avropa Komissiyası bu ay Avropa İttifaqı boyunca COVID-19 vaksinasiyasından keçmiş şəxslər üçün rəqəmsal şəhadətnamələrin tətbiqini təklif edəcək.

Reuters agentliyi yazır ki, Avropa İttifaqının icra qolu bu tədbirlə avropalıların qarşıdan gələn yay aylarında sərbəst hərəkətinə imkan yaratmaq məqsədi güdür.

Avropa Komissiyası “rəqəmsal yaşıl buraxılış vəsiqələri” barədə təklifini martin 17-də elan etməyə hazırlaşır.

Bu da qeyd olunur ki, Avropa Komissiyası sözü gedən vəsiqələrin Avropa İttifaqının xaricində də tanınması üçün danışıqlar aparacaq.

Xəbərdə qeyd olunur ki, “virtual şəhadətnamədə” şəxsin peyvənd olunub-olunmaması, onun test nəticələri və COVID-19-dan sağalmasına dair məlumatlar olacaq.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen deyib ki, “məqsəd adamların Avropada və onun xaricində təhlükəsiz hərəkətini təmin etmək və həm də turizm biznesini dirçəltməkdir”.

Separatçılıq yolverilməzdir

Avropa Komissiyası bildirib ki, ittifaq ayrı-ayrı üzv ölkələr və kənar dövlətlər arasında bu sahədə separat razılaşmaların əleyhinədir.

Komissiyanın fikrincə bu, ittifaqın vahid bazarının parçalanmasına gətirib çıxara bilər.

Başqa bir məqsəd isə ittifaq üzvlərini üçüncü ölkələrin və texnologiya nəhənglərinin diqtəsindən xilas etməkdir.

Avropa İttifaqının səhiyyə komissarı Stella Kiriakides deyib ki, qarşıdan gələn aylarda alınan vaksinlərin həcmində kəskin artım olacaq.

O mətbuat konfransında bildirib ki, vaksinasiyanın fasiləsiz davamı və bir dozanın da istifadəsiz qalmaması əsas məqsəddir.

Aİ liderləri ötən həftə vaksin sertifikatları ideyası üzərində işləyəcəklərinə dair razılaşma əldə ediblər.

İstəyənlər və istəməyənlər

Bu şəhadətnamələrin tətbiqində xüsusilə də İspaniya və Yunanıstan kimi ölkələr maraqlıdır.

Yay aylarında bu ölkələrin əsas gəliri turizmdən çıxır.

Reuters yazır ki, bununla belə, peyvənd olunuş şəxslərin başqalarını yoluxdura bilib-bilməməsi elmi cəhətdən əsaslandırılmayıb.

Digər tərəfdən Fransa və Belçika kimi ölkələr bildirirlər ki, sertifikatların yalnız peyvənd olunmuş şəxslərə verilməsi ədalətsizlik yaradır.

Avropa Komissiyası hər hansı diskriminasiyaya qarşı olduğunu bildirib.

Bir sıra ölkələr bu qənaətdədirlər ki, hər bir üzv ölkə viza kriteriyasını özü müəyyən etməlidir.

Amma sərhədlərin geniş şəkildə açıq olması bu niyyətin həyata keçirilməsini çətinləşdirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG