Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Fransanın keçmiş prezidentinin 'azı bir il' həbsxanada olacağı deyilir


Nikola Sarkozi martın 1-də məhkəməyə gəlib
Nikola Sarkozi martın 1-də məhkəməyə gəlib

Fransanın keçmiş prezidenti Nikola Sarkozi üç il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə bundan başqa onun üzərinə iki il müddətinə şərti cəza da qoyub.

Keçmiş prezident bu cəzanın ən azı bir ilini həbsxanada çəkəcək.

O korrupsiyada və “nüfuz alverində” ittiham olunurdu.

Məhkəmə Sarkozini kassasiya məhkəməsi əməkdaşını rüvşətlə satın almaqda təqsirli bildib.

Həmin əməkdaş rüşvət müqabilində Sarkoziyə onun prezident seçkisi kampaniyasının qanunsuz maliyyələşdirilməsinin təhqiqatı barədə məxfi informasiya verməli idi.

Bu iş üzrə Sarkozidən başqa, daha iki müttəhim keçir. Bunlar keçmiş prezidentin dostu, vəkil Tyerri Ersoq və Kassasiya Məhkəməsi yanında keçmiş prokuror Jilber Aziberdir.

Hər üç müttəhimə qarşı ittihamlar 2014-cü ildə irəli sürülsə də, məhkəmə prosesinə yalnız ötən ilin noyabrında başlanıb.

Fransa tarixində ilk dəfə

Beləliklə, müasir Fransa tarixində ilk dəfədir ki, keçmiş prezident şəxsən məhkəmə qarşısına çıxarılıb və məhkum edilib.

Nikola Sarkoziyə bundan başqa daha bir cinayət işi açılıb.

Onu Liviyanın keçmiş prezidenti Müəmmər Qəzzafidən qanunsuz maliyyə dəstəyi almaqda ittiham edirlər.

Bundan başqa Fransanın Milli Maliyyə Prokurorluğu Sarkozinin Rusiyanın Reso-Qarantiya sığorta şirkəti ilə imzaladığı müqavilə əsasında məsləhətçi kimi 3 milyon avro alması barədə ilkin təhqiqat aparır.

Bu iş “nüfuz alveri” və çirkli pulların yuyulmasından şübhələr əsasında aparılır.

Nikola Sarkozinin 66 yaşı var. O 2007-ci ildən 2012-ci ilədək Fransa prezidenti olub.

Onun Rusiya ilə bağlı fəaliyyətindəki ən əlamətdar hadisə 2008-ci il müharibəsi zamanı Tbilisi və Moskva arasında vasitəçilik etməsi olub.

XS
SM
MD
LG