Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 04:04

8 hakim intizam məsuliyyətinə cəlb edilib


Hakim

Ötən il 8 hakim və 2 məhkəmə sədri intizam məsuliyyətinə cəlb edilib. 16 hakimin səlahiyyətlərinə müxtəlif əsaslarla, o cümlədən səlahiyyət müddəti uzadılmadığına görə xitam verilib.

Bu barədə Məhkəmə-Hüquq Şurasından məlumat yayılıb.

Məlumata görə, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Şura məhkəmələrdə monitorinqlər aparıb, yol verilən bir çox nöqsanlar aradan qaldırılıb.

Bildirildiyinə görə, həmçinin, ötən il fəaliyyətində aşkar edilən pozuntular 80-dən çox hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb.

İntizam məsuliyyətinə cəlb edilən hakim və məhkəmə sədrlərinin adları açıqlanmayıb. Onların bu məsələlərlə bağlı mövqeyi bəlli deyil.

XS
SM
MD
LG