Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:57

'Saytlarda dil qənaətbəxş deyil' – Mərkəz


Azərbaycancası nədir? 'Reşotka', 'skoros'...
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Azərbaycancası nədir? 'Reşotka', 'skoros'...

Dil Komissiyası yanında Monitorinq Mərkəzi kütləvi informasiya vasitələrində (KİV) aşkarlanan qüsurlara görə cərimələnənlərin olduğunu açıqlayıb.

Mərkəzdən "Turan" agentliyinə verilən məlumata görə, nitqdə səhvlər olduğu halda bir neçə dəfə xəbərdarlıq ediləcək: "Xəbərdarlıqlara baxmayaraq qüsurlar davam edərsə, aparıcılar, jurnalistlər deyil, həmin şəxslərin çalışdığı qurum cərimələnəcək".

Mərkəzin direktoru Sevinc Əliyeva qeyd edib ki, saytlarda aparılan monitorinqlərin nəticələrinə görə, vəziyyət elə də qənaətbəxş deyil: "Bizi narahat edən məsələ dil normaları dediyimiz orfoqrafik və orfoepik qaydalardan çox leksik və sintaktik normaların pozulmasıdır ki, bu, artıq çox ciddi məsələdir".

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 yüz manatadək, vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər isə 500 manatdan 1000 manatadək cərimə edilə bilər.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi 2019-cu il avqustun 1-də yaradılıb. Əsasnaməyə görə, Monitorinq Mərkəzi Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin etməli olan, dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.

XS
SM
MD
LG