Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Bayden: ‘ABŞ Rusiyanın Krımı ilhaqını heç vaxt tanımayacaq’


Co Bayden
Co Bayden

ABŞ prezidenti Co Bayden deyib ki, Birləşmiş Ştatlar Ukraynanı Rusiya təcavüzünə qarşı dəstəkləməkdə davam edəcək və Moskvanın Krımı ilhaq etməsini heç vaxt tanımayacaq.

Bayden bu bəyanatı fevralın 26-da Ukraynanın Moskvada Krımın ilhaqına hazırlaşmasının 7-ci ildönümünü qeyd ettiyi bir vaxtda verib:

"Birləşmiş Ştatlar yarımadanın Rusiya tərəfindən ilhaqını tanımır və heç vaxt tanımayacaq və biz Rusiyanın təcavüzünə qarşı həmişə Ukraynanın yanında olacağıq. Biz Ukraynadakı təcavüzünə görə Rusiyadan hesabat tələb edilməsi istiqamətində işi davam etdirəcəyik”.

Rusiya Krımı 2014-cü ildə ilhaq edib və bunun ardınca Ukraynanın şərqində moskvayönlü separatçıları dəstəkləməyə başlayıb.

Bayden hələ 2009-2017-ci illərdə Barak Obamanın vitse-prezidenti olduğu vaxtlardan ABŞ-ın Kremlin təcavüzünə qarşı səfərbər edilməsində əsas rollardan birini oynayıb.

ABŞ prezidenti bundan əvvəl, fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında özünün ilk xarici siyasət nitqində Vaşinqtonun Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bildirmişdi.

Buna baxmayaraq Bayden yanvarın 20-də Ağ Evə gələndən bəri özünün ukraynalı həmkarı Volodimir Zelenski ilə danışmayıb.

Zelenski keçmiş prezident Donald Trampla gərgin münasibətlərdən sonra yeni administrasiya ilə yaxşı münasibətlərə ümid etdiyini bildirib.

Ukrayna prezidenti bundan əvvəl Oksana Markarovanı öz ölkəsinin ABŞ-dakı səfiri təyin edib.

Keçmiş maliyyə naziri Markarova özünün islahatyönlü baxışlarına görə ABŞ-da yüksək qiymətləndirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG