Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:00

Erdoğan: ‘Ermənistanda hakimiyyəti yalnız xalq dəyişə bilər’


Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ermənistanda dövlət çevrilişi cəhdi ilə bağlı danışarkən Ankaranın “istənilən formada çevrilişə qarşı olduğunu” bildirib:

"Biz çevrilişlərin istənilən formasına qarşıyıq. Əgər bir dəyişikliyə ehtiyac vardırsa, bu dəyişikliyi Ermənistan xalqı etməlidir”.

Erdoğan bu bəyanatı fevralın 26-da Üsküdardakı Səlimiyyə məscidində cümə namazının ardınca jurnalistlərin suallarını cavablandırarkən verib.

O deyib ki, Türkiyənin çevrilişləri qəbul etməsi tamamilə qeyri-mümkündür.

“Bu məqamda açıq söyləməyim lazımdır. Əsgəri qüvvənin burada bir çevriliş məqsədilə işə qarışması yolverilməzdir. Əgər bir dəyişikliyə ehtiyac olarsa, bunu Ermənistan xalqı edər. Onsuz da Paşinyan elə bir vəziyyətdədədir ki, xalq onu istefaya göndərə bilər. Amma bizim çevrilişə baxışımız tamam fərqlidir”.

Bundan bir gün əvvəl, fevralın 25-də Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu Ermənistanda çevriliş cəhdini qətiyyətlə pisləyən bəyanat vermişdi.

Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatından sonra ölkədə siyasi vəziyyət gərginləşib.

Baş Qərargah Ermənistan baş naziri Nikol Paşinyanın hazırki taleyüklü dövrdə artıq adekvat qərarlar qəbul etmək iqtidarında olmadığını bildirərək onun istefasını tələb edib.

Öz növbəsində Paşinyan bu bəyanatı "hərbi çevriliş cəhdi" adlandıraraq tərəfdarlarını meydana səsləyib.

O, xalqa müraciətində bildirib ki, vəzifədən getmək niyyətində deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG