Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:16

Birləşmiş Ştatlarda 50 milyon vaksin vurulub


Xorvatiyada vaksinasiya
Xorvatiyada vaksinasiya

ABŞ-da tənzimləyici orqanlar Pfizer vaksininin daha yüksək temperaturda daşınması və saxlanmasını təsdiqləyiblər. Bu isə az inkişaf etmiş ölkələrə kömək deməkdir

Dünyada koronavirus pandemiyasına qarşı vaksinasiya genişlənir. Birləşmiş Ştatlar artıq 50 milyon vaksinin vurulduğunu bildirir. Avropa Birliyi isə blok ərazisində yetkin yaşlıların 70 faizinə peyvənd vurmaq vədi verir. İlkin mərhələdə blokda vaksinasiya kampaniyasında yubanmalar yaranmışdı.

Prezident Co Bayden elan edib ki, ölkədə vaksinasiya onun qoyduğu “qrafikdən bir neçə həftə irəlidir”. Bayden prezidentliyinin ilk 100 günündə amerikalılara 100 milyon doza peyvənd vurmaq hədəfi qoyub.

O, bir daha iyulacan yetkin yaşlıların hamısı üçün yetərincə vaksin olacağını qeyd edib. Amma eyni zamanda pandemiyanın hələ bitmədiyi ilə bağlı xəbərdarlıq da edib. Bu həftənin əvvəlində ABŞ-da koronavirusdan ölüm 500 mini keçib.

Braziliya, Avropa Birliyi

Braziliyada isə ölüm 250 mini keçib. Virusun ilk dəfə bu ölkədə aşkarlanmış variantı sürətlə yayılmaqdadır. 210 milyonluq əhalinin 4 faizindən də azına peyvənd vurulub. Ötən həftə təchizatda problemlər üzündən vaksinasiya dayanıb.

Cənubi Koreyada da ilk dozaların vurulmasına başlanıb. İlk növbədə uzunmüddətli qayğı mərkəzlərində qalanlar və tibb işçiləri peyvənd olunur.

Çində daha iki yerli vaksin istifadəyə təsdiqlənib və hazırda Çin vaksinlərinin sayı 4-ə çatır.

Avropa Birliyi liderləri fevralın 25-də virtual sammitdə COVID-19 vaksinlərinin istehsalı və vurulmasını sürətləndirmək vədi veriblər. Vaksin tədarükündə nöqsanlara görə blok rəhbərliyi tənqidlə üzləşib.

AB liderləri həmçinin “vaksin sertifikatı” məsələsini müzakirə ediblər. Belə bir sənəd adamların səyahət etməsi, restoranlara, kinoya getməsi üçün xüsusi imtiyaz verir.

Ümumilikdə dünya üzrə 217 milyon doza vaksin vurulub ki, bunun da böyük hissəsi zəngin ölkələrin payına düşür.

Pfizer üçüncü dozanı sınayır

Bu arada ABŞ-da tənzimləyici orqanlar Pfizer vaksininin daha yüksək temperaturda daşınması və saxlanmasını təsdiqləyiblər. Bu isə az inkişaf etmiş ölkələrə kömək deməkdir.

İndiyədək bu vaksinin ultra-soyuq temperaturda saxlanması tələb olunurdu.

Pfizer Almaniyadan tərəfdaşı BioNTech ilə birlikdə bəyan edib ki, COVID-19-un üçüncü dozasını sınaqdan keçirir və məqsəd virusun yeni variantlarına qarşı immun reaksiyasını anlamaqdır. Söhbət xüsusilə Cənubi Afrikada peyda olmuş və dünyaya yayılmaqda olan variantdan gedir.

Bu şirkətlər mövcud ikidozalı vaksinin həm Cənubi Afrika, həm də Britaniya variantına qarşı effektli olduğunu deyirlər. Amma bəzi vaksinlərin yeni variantlara qarşı daha az effektli olmasıyla bağlı suallar var.

“Mövcud virusun mutasiya səviyyəsi gözlənildiyindən yüksəkdir”, – Pfizer-in Baş elmi rəhbəri Mikael Dolsten “AP”yə deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG