Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:12

‘Putinin üçüncü qızı’ barədə də iddialar yayıldı


AzadlıqRadiosunun Rus xidməti yazır ki, fevralın 24-də ABŞ-ın GQ jurnalı Yelizaveta (Luiza) Rozova adlı qızla müsahibə dərc edib.

Onun Rusiya prezidenti Vladimir Putinin üçüncü qızı olması barədə ehtimallar irəli sürülüb.

Rozova “Putinə oxşadığını hesab edirmi” sualına Rozova belə cavab verib:

"Onun yeniyetməlik fotolarına baxsanız, bəli oxşarlıq var. Amma məlumdur ki, Vladimir Vladimiroviçə çox oxşayan çox sayda insanlar var”.

Svetlana Krivonogix

Ötən il “Proyekt” müstəqil təhqiqat saytı bu qız və onun Sankt Peterburqda işadamı olan anası Svetlana Krivonogix haqqında yazmışdı.

Pasportda “Vladimirovna” olan Luiza sözü gedən materialın dərc olunduğu günü “həyatı dəyişən gün” adlandırmışdı.

Təhqiqat materialının dərcindən dərhal sonra Instagram-dakı fotolarını niyə silməsi barədə suala Luiza “şəkillərin yayılmasını istəmədiyini” deməklə cavab vermişdi.

Luiza demişdi ki, o həyatda hər şeylə bir az maraqlanır və incəsənət və mədəniyyət menecmenti ixtisası üzrə təhsil alır.

“Proyekt” noyabrın 25-də dərc olunmuş məqaləsində Rusiya prezidentinin köhnə dostu Svetlana Krivonogixən yazır.

Prezidentə “fenomenal şəkildə” bənzəyiş

Məqaləyə deyilir ki, hazırda milyarder olan bu qadın 2003-cü ildə prezidentə “fenomal şəkildə bənzəyən” qız uşağı dünyaya gətirib və bundan sonra Putinin dostları bu ailəyə himayə göstərməyə başlayıblar.

Kremlin sözçüsü Dmitri Peskov bu təhqiqatı “epistolyar janr” və “təxribat” adlandırmışdı.

Luiza Rozovanın Rusiya prezidentinin guya üçüncü qızı olması barədə iddia Aleksey Navalnının Antikorruopsiya Fondunun “Putin üçün saray” filmində də səsləndirilir.

Vladimir Putinin sonradan boşandığı Lyudmila Putina ilə nikahdan iki qızının olması deyilir.

Ehtimal olunur ki, bunlar Mariya VorontsovaKaterina Tixonovadır.

Putin bu qadınların onun qızları olduğuna dair iddiaları nə təkzib, nə də təsdiq edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG