Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:20

Mars aparatının paraşütündəki ‘gizli mesajı’ oxuya biliblər


Aparatın Marsa enmə anı
Aparatın Marsa enmə anı

İnternet istifadəçiləri Marsdagəzinin paraşütündə yazılmış gizli mesajı oxuya biliblər.

Məlum olub ki, Perserverance aparatının paraşütünün üstündəki qırmızı və ağ naxış xətləri əslində sıdırlardan və birlərdən ibarət olan ikili kompüter kodu imiş.

Bu kodda “Boyük İşlər Görün” (Dare Mighty Things) ifadəsi yazılıb.

Bu ifadə həm də Perserverance proqramının rəsmi devizidir və NASA-nın Pasadenedəki reaktiv hərəkət labaroratoriyasının divarlarında həkk olunub.

Mars aparatının uçuşu bu laboratoriyadan idarə olunurdu.

Hesab olunur ki, bu ifadəni ilk dəfə prezident Teodor Ruzvelt 1899-cu ildə işlədib.

O həmin vaxt etdiyi çıxışda demişdi:

“Nə qələbə, nə də məğlubiyyət bilməyən əfəllərdənsə böyük işlər görməyə cəsarət etmək daha yaxşıdır”.

Missiyanın rəhbəri təəccüblənib

Mars missiyasının rəhbəri Allen Çen deyib ki, elmi proqramlarda belə ifadələrdən istifadə olunması yenilik deyil.

Bununla belə o virtual axrtarışçıların kodu belə tez deşifrə etməsindən heyrətləndiyini bildirib.

Marsdagəzən qurğunun mikroçipində habelə 11 milyon ad və 155 elmi məqalə yazılıb.

Perseverance fevralın 18-də uğurlu bir şəkildə Mars planetinin səthinə enib.

O vaxtdan bəri aparat Yerə onadək fotoşəkil göndərib.

Bununla yanaşı, Marsdagəzən aparatın onu daşıyan gəmidən atılması kəşfiyyat peyki tərəfindən videoya alınıb.

Aparat onun üzərinə qoyulmuş dörd əsas vəzifəni yerinə yetirməlidir.

O planetin həyata yararlığını müəyyənləşdirməli, həyat əlamətlərini aşkarlamalı, Yerə göndərilmək üçün süxurlar toplamalı və insanın Marsa enişinə hazırlıq görməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG