Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:04

Prokuror Putinə 'hökm' oxuyan fəala 6 il 7 ay iş tələb edir


Karim Yamadayev "hökm" oxuyur
Karim Yamadayev "hökm" oxuyur

Rusiyada prokuror Tatarıstandan olan fəal Karim Yamadayev üçün 6 il 7 ay iş istəyb.

Yamadayev YouTube-da Putinin qondarma məhkəməsini göstərən video yerləşdirib.

Videoda hakim rolunu oynayan Yamadayev Rusiya prezidenti Vladimir Putinə, onun mətbuat katibi Dmitri Peskova və Rosneft şirkətinin başçısı İqor Seçinə “hökm” oxuyur.

AzadlıqRadiosunun Rus xidməti bu barədə məlumatı “Agora” beynəlxalq insan haqları qrupunun başçısı Pavel Çikova istinadən yayıb.

Yamadayevi internetdə terrora haqq qazandırmaqda və hakimiyyət təmsilçilərini təhqir etməkdə ittiham edirlər.

“Bədii təxəyyülün nəzakətli forması”

O təqsirini etiraf etmir və “öz bədii təxəyyülünü nəzakətli formada ifadə edən şəxsin təqib olunmasını” qanunsuzluq adlandırır.

Putin, Peskov və Seçinin tamaşa məhkəməsi “Hakim Qremm” veb-serialı üçün çəkilib.

Klip dekabrın 29-da dərc edilib.

Həmin videoda hakim rolunu oynayan Yamadayev əyinlərində qara paltar və boyunlarında adları – “Vladimir Putin”, “Dmitri Peskov” və “İqor Seçin” yazılmış lövhələr olan şəxsləri insanlığa qarşı cinayətlərdə ittiham edir və onlara ölüm hökmü oxuyur.

Bundan əvvəl Putinə "qəbir" düzəltmişdi

Bu da deyilməlidir ki, klipin dərc edilmiş variantında “Vladimir Putin” lövhəli şəxsə hökm oxunmur.

Videonun başlanğıcında onun yaradıcıları klipin zorakılığı təbliğ etmədiyi və hər hansı sosial qrupa qarşı nifrəti qızışdırmadığına dair xəbərdarlıq edirlər.

Yamadayevə qarşı cinayət işini Federal Təhlükəsizlik Xidmətinin Tatarıstan idarəsi qaldırıb.

Cinayət təhqiqatını xüsusilə mühüm işlər üzrə müstəntiq aparıb və ittihamnaməni də o yazıb.

Bundan əvvəl, 2019-cu ildə Karim Yamadayev Naberejnı Çelnı şəhərindəki İstintaq Komitəsinin qarşısında Vladimir Putinə qondarma məzar quraşdırdığına görə 28 sutkalığına həbs olunmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG