Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 13:48

Yarım metrə qədər qar yağıb


Bakıda qar. Foto arxiv

Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib.

Qar bəzi yerlərə daha çox düşüb: "Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47, Şahdağda 27, Quba, Daşkəsəndə 18, Lerikdə 16, Qırızda 14, Altıağac, Gədəbəydə 12,... sm olub".

"Dalğanın hündürlüyü 6 metrə çatıb"

Açıqlamaya görə, şimal-qərb küləyinin sürəti Neftçalada 28, Neft Daşlarında 25, Bakıda 23 m/s-dək güclənib: "Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6 metrə çatıb".

Məlumata görə, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4.4-4.9, Aran rayonlarında 0-3, dağlıq rayonlarda 3-5, yüksək dağlıq ərazilərdə 8-12, Naxçıvan Muxtar Respublikasında 3-8 dərəcə şaxta olub.

XS
SM
MD
LG