Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

ABŞ-dan antikorrupsiya mükafatı qazandılar


Bolot Temirov hücumdan sonra
Bolot Temirov hücumdan sonra

Ryaboşapka isə Ukraynanın qalmaqallarla ad çıxarmış baş prokurorluğunda islahat cəhdləri ilə tanınıb. O, 2019-cu il avqustun 29-dan baş prokuror postunda olub, 2020-ci il martın 5-də vəzifədən gedib

ABŞ Dövlət Departamenti mükafata layiq görülən antikorrupsiya fəallarının adlarını açıqlayıb. Onların sırasında Qırğızıstan araşdırmaçı vebsaytının baş redaktoru və Ukraynanın keçmiş baş prokuroru da var.

Fevralın 23-də Dövlət katibi Entoni Blinken Beynəlxalq Antikorrupsiya Çempionları Mükafatının qaliblərini açıqlayıb. O, bəyanatında bildirib ki, mükafat ölkələrində korrupsiya ilə yorulmadan mübarizə aparanlara verilir.

Araşdırma dərc olunandan sonra...

Qırğızıstanın FactCheck araşdırmaçı vebsaytının baş redaktoru Bolot Temirov və ötən il parlamentin etimadsızlıq səsverməsi nəticəsində baş prokuror vəzifəsindən getmiş Ruslan Ryaboşapka da qaliblər sırasındıdır.

“FactCheck” Bellingcat açıq mənbəli araşdırmaçı təşkilatı ilə birlikdə Gömrük Xidmətinin keçmiş rəis müavini Raimbek Matraimov və qohumlarını araşdırıb. Onlar Qırğızıstandan milyardlarla dolların çıxarıldığı korrupsiya qalmaqalının mərkəzində dayanırlar.

Matraimov bu ay korrupsiya ittihamları ilə təkrar həbs olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma dərc olunandan sonra Temirov 2020-ci ilin yanvarında Bişkekdəki ofisi yaxınlığında hücuma məruz qalıb. Bundan sonra Birləşmiş Ştatlar və bir sıra media təşkilatları Qırğızıstan hakimiyyətini sürətlə və hərtərəfli araşdırma aparmağa çağırıblar.


Korrupsiyanın bədəli

Ryaboşapka isə Ukraynanın qalmaqallarla ad çıxarmış baş prokurorluğunda islahat cəhdləri ilə tanınıb. O, 2019-cu il avqustun 29-dan baş prokuror postunda olub, 2020-ci il martın 5-də vəzifədən gedib.

Blinken mükafatların qaliblərini açıqlayarkən bəyanatında deyib ki, korrupsiya təhlükəsizliyə təhdid yaradır, iqtisadi artımı əngəlləyir, demokratiya və insan haqlarına zərbə vurur, dövlət qurumlarına etimadı dağıdır, transmilli cinayətkarlığı asanlaşdırır, dövlət və özəl resursların axırına çıxır.

Mükafatın digər qalibləri Albaniyadan Ardian Dvorani, Ekvadordan Diana Salazar, Mikroneziyadan Sofia Pretrik, Qvatemaladan Xuan Fransisko Sandoval Alfaro, Qvineyadan İbrahim Kalil Queye, Hindistandan Anjali Bhardvay, İraqdan Dhuha Məhəmməd, Liviyadan Mustafa Abdulla Sanalla, Filippindən Viktor Sotto, Sierra Leonedən Frensis Ben Kaifaladır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG