Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:38

'Dostluq' təsdiqləndi


Sənəd bu il yanvarın 21-də imzalanıb.

Milli Məclisin fevralın 23-də keçirilən iclasında "Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdə deputatlar sənədin əhəmiyyətindən bəhs edib, Anlaşma Memorandumunun iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıblar.

Müzakirələrdən sonra sənəd səsvermə yolu ilə təsdiqlənib.

Bu sənəd bu il yanvarın 21-də imzalanıb.

Sənədə əsasən, yatağın karbohidrogen resurslarının30 faizi Azərbaycanın, 70 faizi isə Türkmənistanın payına düşəcək. Yataqdan çıxarılmış karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat tranziti sistemləri ilə həyata keçirilməlidir.

Xatırlatma

Bu yatağı bir vaxtlar Azərbaycan "Kəpəz", Türkmənistan isə "Sərdar" adlandırırdı. Həmin yataqla bağlı iki ölkənin 10 illərdir mübahisəsi davam edirdi. Yatağı hələ SSRİ dönəmində, 1989-cu ildə Azərbaycan neftçiləri kəşf edib. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Aralıq" adlandırılıb. Yataqda azı 50 milyon ton neft, 90 milyard kubmetr qaz ehtiyatı olduğu güman edilir.

XS
SM
MD
LG