Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

İranda dərviş fəal xəstəxanada ölüb


Bəhnam Mahcubi
Bəhnam Mahcubi

İran ədliyyəsi fevralın 21-də rəsmi vebsaytında yazıb ki, “o xəstəxanaya yerləşdiriləndən sonra xüsusi tibbi yarım göstərilib, amma həkimlərin səylərinə baxmayaraq, məhbus dünyasını dəyişib”

İran hakimiyyəti Qonabadi sufi ordeninin həbsdə olan dərviş fəalının dərman zəhərlənməsindən xəstəxanaya yerləşdirildikdən sonra öldüyünü bildirir.

33 yaşlı Bəhnam Mahcubi 2018-ci ildə Qonabadi ordeninin digər üzvləri ilə birlikdə nümayişə çıxandan sonra saxlanmışdı. O, iyunda 2 illik həbs cəzasını çəkməyə başlayıb.

Mahcubinin anası Bətul Hüseyni videomüraciətdə deyib ki, tam autopsiya oğlunun ölüm səbəbini müəyyən etməyincə onun dəfninə icazə verməyəcək.

Fəalın ölümü fevralın 21-də açıqlanıb. Bu arada İran hakimiyyətinə qarşı səhlənkarlıq ittihamları səslənməkdədir.

Məlumatlara görə, Məhcubi fevralın 16-da Evin həbsxanasından çıxarılaraq yerli xəstəxanaya aparılıb.

Anası və həyat yoldaşı nə deyir

Onun həyat yoldaşı Saleh Hüseyni Radio Fərdaya danışıb ki, ötən həftə Tehrandakı Loğman xəstəxanasının reanimasiya şöbəsində ərini görə bilib, ona vaxtında tibbi yardım göstərilmədiyindən komaya düşüb.

Mahcubinin anası isə ötən həftə oğlunun süni nəfəs aparatına qoşulduğunu, eyni zamanda reanimasiya şöbəsində xəstəxana çarpayısına qandallandığını deyirdi.

“Amnesty International” hüquq-müdafiə təşkilatının ötən il bildirməsinə görə, Mahcubinin psixiatrı, eləcə də Hüquq-Tibb Təşkilatının həkimləri onun həbsxana həyatına yararsız olması qənaətinə gəlib. İnsan haqları təşkilatı Mahcubinin “ciddi panik pozğunluq”dan əziyyət çəkdiyini qeyd edib.

Qonabadi dərvişləri illərdir İran hakimiyyəti ilə çəkişirlər. Tənqidçilərin fikrincə, İran rəhbərliyi onları din üzərindəki monopoliyasına təhdid hesab edir. Bəzi mühafizəkar ruhanilər sufiləri islama təhlükə adlandırıblar.

İranda təhlükəsizlik qüvvələri dəfələrlə Qonabadiyə məxsus ibadət evlərini dağıdıb, üzvlərini kütləvi həbs edib.

Rəsmi izah

İran ədliyyəsi isə fevralın 21-də rəsmi vebsaytında yazıb ki, “o xəstəxanaya yerləşdiriləndən sonra xüsusi tibbi yarım göstərilib, amma həkimlərin səylərinə baxmayaraq, məhbus dünyasını dəyişib”.

İran həbsxanaları təşkilatının məlumatına görə, Mahcubinin kamera yoldaşları iddia edirlər ki, o, “heç bir tibbi konsultasiya olmadan, özünün və digər məhbusların dərmanlarından bir neçəsini qəbul edib”.

Nyu Yorkda yerləşən İranda İnsan Haqları Mərkəzinin icraçı direktoru Hadi Qaemi İran hakimiyyətini Mahcubiyə adekvat tibbi yardım göstərməməkdə suçlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG