Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:32

Çin ticarət qadağalarını qaldırmağa çağırır


Çin, arxiv fotosu

Vanq deyib ki, Çinin “Birləşmiş Ştatlara meydan oxumaq, yaxud onu əvəzləmək niyyəti yoxdur”, dinc yanaşı yaşamağa, ümumi inkişafa çalışmağa hazırdır

Fevralın 22-də Çin ABŞ Prezidenti Co Bayden administrasiyasını ticarət qadağalarını qaldırmağa, Tayvan, Honq Konq, Sintzyan və Tibetə “qanunsuz müdaxilə”ni dayandırmağa çağırıb.

Pekin ABŞ administrasiyasını keçmiş prezident Donald Trampın tətbiq etdiyi bir sıra məhdudiyyətləri ləğv etməyə səsləyir.

Tramp 2017-ci ildə Çindən idxala tarifləri artırıb, Çinin texnologiya şirkətləri və akademik mübadilələrin qadağalar qoyub. Eyni zamanda Tayvanla hərbi və diplomatik əməkdaşlıq gücləndirilib, Sintzyanda müsəlman azlıqlara qarşı pozuntularda, Honq Konqda azadlıqların məhdudlaşdırılmasında ittiham olunan Çin rəsmilərinə sanksiyalar tətbiq olunub.

“ABŞ siyasətçiləri dövrlə ayaqlaşacaq”

“ABŞ-ın yeni administrasiyasının xarici siyasətini nəzərdən keçirdiyini, dəyərləndirdiyini bilirik”, – Xarici işlər naziri Vanq Yi Pekində keçirilən forumda deyib.

“Ümid edirik ki, ABŞ siyasətçiləri dövrlə ayaqlaşacaq, dünyadakı tendensiyanı aydın görəcək, qərəzdən, qanunsuz şübhələrdən əl çəkəcək, Çinlə bağlı siyasətini ABŞ-Çin münasibətlərinin sağlam, möhkəm inkişafını təmin edəcək formaya qaytaracaq”, –nazir vurğulayıb.

Bayden yenidən işləmək vədi versə də, administrasiyasının Pekinə qarşı siyasətdə fundamental dəyişiklik edib-etməyəcəyi bəlli deyil.

Çin ticarət praktikası, qonşuları ilə ərazi mübahisələri, texnologiya oğurluğu və casus ittihamlarından dolayı Vaşinqtonda güclü dirənişlə üzləşir.

Tayvanı ABŞ-da hər iki partiya dəstəkləyir. Eləcə də Pekinin Honq Konq, Sintzyan və Tibetdə insan haqları pozuntuları tənqid olunur.


Çinin niyyəti...

Vanq deyib ki, Çinin “Birləşmiş Ştatlara meydan oxumaq, yaxud onu əvəzləmək niyyəti yoxdur”, dinc yanaşı yaşamağa, ümumi inkişafa çalışmağa hazırdır.

Bayden fevralın 19-da qlobal auditoriyaya ilk müraciətində qeyd edib ki, ABŞ və müttəfiqləri “Çinlə uzunmüddətli strateji rəqabətə birgə hazırlaşmalıdırlar”.

“Çinlə rəqabət asan olmayacaq. Bunu gözləyir və alqışlayıram, çünki son 70 ildə Avropa və Birləşmiş Ştatların Hind -Sakit Okeandakı müttəfiqləri ilə çətinliklə qurduğu qlobal sistemə inanıram”, – Bayden vurğulayıb.

Vanq ticarətlə sahəsiylə bağlı ümidini bildirib ki, Vaşinqton “siyasətinə mümkün qədər tez dəyişiklik edəcək, Çin mallarına məntiqsiz tarifləri qaldıracaq, Çin şirkətlərinə, tədqiqat və təhsil müəssisələrinə birtərəfli sanksiyaları ləğv edəcək, Çinin texnoloji proqresini irrasional şəkildə yubatmaqdan əl çəkəcək”.

Şərhlər

XS
SM
MD
LG